Cəmiyyət

Fotostudiyalara müraciət kəskin azalıb - VİDEO

10 Mart 2018 20:21
0 Şərh     Baxış: 358

Bir zamanlar fotostudiyalarda şəkil çıxartdırmaq üçün yaranan uzun növbələrə indi rast gəlinmir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, çünki fotostudiyalara müraciət edənlərin sayı xeyli azalıb.

Uzun illərdir foto və video işi ilə məşğul olan Vüqar Məmmədov deyir ki, telefonların kameraları təkmilləşdirildikcə fotostudiyalara tələbat daha da azalır. Üstəlik, insanlar artıq şəkilləri elektron daşıyıcıda saxlamağa üstünlük verirlər.

Texnikanın inkişafı köhnə lentlə işləyən fotoaparatları da sıradan çıxarıb. Əvvəllər 36 kadrlıq lentlərdəki şəkilləri uzun müddət saxlamaq mümkün olmurdusa, indi istənilən fotonu elektron formatda illərlə saxlamaq mümkündür.

Fotostudiya sahiblərinin sözlərinə görə, şəkil çıxartdırmaq üçün gün ərzində bir-iki nəfər müraciət etsə də, sənəd üçün fotoşəkil çəkdirənlər çoxdur.

İnsanlar isə telefon və sosial şəbəkələrin fotostudiyaları əvəz etdiyini düşünürlər.

Foto çap qiymətləri isə kağızın ölçüsündən asılı olaraq, 30 qəpik və 25 manat arasında dəyişir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Fotostudiyalara müraciət kəskin azalıb

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.