Cəmiyyət

Yük maşını dərəyə aşıb, 1 ölü, 2 yaralı var - VİDEO

10 Mart 2018 19:04
0 Şərh     Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lerikdə yük maşını dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ağır yol qəza hadisəsi səhər saat 5 radələrində Lerikin Piran-Zeynəko kənd yolunun 2-ci kilometrliyində baş verib. Belə ki, Zeynəko kənd sakini, 33 yaşlı Kamal Ağayevin idarə etdiyi yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirərək 50 m. dərinlikdə olan dərəyə aşıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Yük maşınında olan digər iki nəfər 32 yaşlı Zaur Hüseynov və 34 yaşlı Babək Əhədov ağır xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Qəzanın baş verməsinin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yük maşını dərəyə aşıb, 1 ölü, 2 yaralı var

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.