Cəmiyyət

Evlərə basqın edən maskalı şəxslər yaxalandı - VİDEO

10 Mart 2018 19:02
0 Şərh     Baxış: 653

Maskalanaraq evlərə basqın edən şəxslər tutulub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir müddət əvvəl Abşeron rayon Ceyranbatan qəsəbə sakini Vüsalə Həşimova maskalı şəxsin onun evinə daxil olduğu, bıçaqla ona və 5 yaşlı qızına xəsarət yetirərək pul tələb etdiyi barədə polisə məlumat verib.
Bu hadisədən bir gün sonra daha bir qadın da polisə məlumat verib ki, Ceyranbatan qəsəbəsində tanımadığı maskalı şəxs onun yaşadığı evə daxil olaraq, əli ilə ağzını tutub və evdə olan pul və qızılları verməsini tələb edib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları quldurluq hadisələrini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elbrus Axundov və Rafiq Ağayevi yaxalaya bilib. Məlum olub ki, saxlanılan şəxslər 3 ay ərzində Ceyranbatan qəsəbəsində yerləşən evlərdə 4 quldurluq və 4 oğurluq cinayəti törədiblər. Elbrus Axundovun sözlərinə görə, həbsdən yeni çıxıb. Evlərə basqın etməyi ona tanışı Rafiq Ağayev təklif edib. Elbrus isə üzünə maska, əlinə isə əlcək geyinərək evlərə girib.

Evi əliboş tərk edən Elbrus Axundov onu çöldə gözləyən Rafiqə Ağayevə heç nə tapa bilmədiyini deyib. Rafiq isə bu dəfə ona doğma dayısının evinə girməyi təklif edib.

Faktlarla bağlı başlanan cinayət işləri üzrə istintaq davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Evlərə basqın edən maskalı şəxslər yaxalandı

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.