Cəmiyyət

Bakıda mənzil bazarında qiymətlər dəyişəcək

10 Mart 2018 16:30
0 Şərh     Baxış: 3 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin əvvəlindən Bakının ilkin daşınmaz əmlak bazarında artım üç faiz olub.

Trend-in məlumatına görə, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Fevral ayı ərzində ilkin mənzil bazarında bahalaşma 1%-dən çox olub, ilin əvvəlindən isə 3%-dən çox qiymət artımı qeydə alınıb. Ehtimal edilir ki, bu tendensiya il ərzində davam edəcək".

N.İbrahimovun sözlərinə görə, torpaq bazarında da mövsümi artım müşahidə olunur. Eyni zamanda təkrar mənzil bazarında azalma var.

Ekspert bildirib ki, avtomobil bazarında, ilin əvvəlindən artım müşahidə edilirdi, amma fevral ayında qiymətlərdəki stabilliklə əlaqədar bir 1,8 faiz azalma var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.