Cəmiyyət

​"Vərdişdir" - Reyd zamanı qaydaları pozan sürücülər - VİDEO - FOTO

10 Mart 2018 16:12
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilə əyləşir, sonra mühərriki işə salır və necə gəldi yoluna davam edir. 

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, söhbət 4 təkəri hərəkətə gətirən hansısa mexaniki qurğudan yox, qaydaları pozan sürücülərdən, daha dəqiq desək, yollarda təhlükə yaradan sükan sahiblərindən gedir.

İlk baxışda belə təəssürat yaranır ki, bu sürücülər yalnız vaxtın dəyərini bilirlər. Özlərinin və başqalarının həyatının isə onlar üçün heç bir qiyməti yoxdur. Lakin heç də hər kəs etdiyi səhvin fərqinə varmır.

Belə ki, aktyorluq qabiliyyətini işə salıb rola girənlərə də rast gəlmək olmur. Sanki bununla onlar nəyəsə nail olacaqlarını düşünürlər. Yol polisi isə qaydalara məhəl qoymayan sürücülərə qarşı mübarizəni daha da sərtləşdirir. Tovuz şəhərində bu ilin fevral ayı ərzində 230 sürücü barəsində inzibati protokol tərtib olunub.

Sürücü: "Boynumuza alaq. Mən buna vərdiş deyərdim".

Təbii ki, bir sürücü üçün sükanın əldən çıxması heç də arzuolunan hal deyil. Amma qanun qanundur. Pozuntu varsa, demək, cəzası da var. Siz isə hörmətli sürücülər, çalışın cəzalandırılanlardan olmayasınız.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.