Cəmiyyət

Bakıda kişini xalası oğlu bıçaqladı

10 Mart 2018 08:58
0 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər 3 bıçaq xəsarəti alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Kürdəxanı qəsəbəsinin Hüseynbala Ağaverdiyev küçəsində 1977-ci il təvəllüdlü Qəhrəmanov Elşad Qəhrəman oğlu ilə Rauf Mübariz oğlu arasında mübahisə düşüb.

Nəticəsində Rauf E.Qəhrəmanova 3 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə əvvəlcə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Lakin onun vəziyyəti ağır olduğundan qohumları E.Qəhrəmanovu 1 saylı Kliniki Tibbi Mərkəzə aparıblar. Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarılır.

Rauf E.Qəhrəmanovun xalası oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.