Cəmiyyət

Məsləki naminə tonqalda yandırılmağı seçən Zərrintac xanım

10 Mart 2018 23:05
16 Şərh     Baxış: 2 049

Azərbaycanın bu igid qızı haqqında bir sıra mənbəlr tariximizdə təsirli, elə kövrək izlər qoymuşdur ki, bu gün onları oxuyanda qürur hissi keçiririk. Xalqımız ətalət, əsarət və ziddiyyətlərlə dolu olan feodal dünyasına qarşı əsrlər boyu mübarizə apararkən bir sıra təriqətlər, nəzəriyyələr , həmçinin cərəyanlar yaratmış və öz azadlıqları uğrunda mübarizəyə qalxmışdır.
Hakim siniflərin zülm və istismarına dözməyən qüdrətli xalq hərəkatına çevrilən Babi üsyanları tarixdə məşhurdur. Bu haqda A.K.Kazımbəy "Bab və babilər", Rza Ələddin ibn Fəxrəddin "Məşhur xatunlar", M.S.İvanov "İranda babi üsyanlrı", fransız islamşünası A.Masse "İslam" və Azərbaycanın orta əsr tarixçilərinin əsərlərində bu və ya digər məlumatlar verilmişdir.
XIX əsrin 40-cı illərində İranda yayılmış babilər təriqəti dini mahiyyət daşısa da, burada demokratik ünsür və fikirlər vardır. Belə ki, babilər bir sıra azadlıqlar, o cümlədən qadınların kişilərlə bərabər hüquqlara malik olmalarını tələb edirdilər.
Bu da , yəqin ki, o zaman dünyada yayılan maarifçilik ideyalarının təsiri ilə formalaşmışdır.
Milli.Az anaveusaq.az-a istinadən bildirir ki, Babın ideyalarını onun şagirdləri Məhəmmədəli Bərfuruş və Qürrətül eyn daha da inkişaf etdirmişlər.
Nəticədə , babilik elə bir güclü hərəkata dönmüşdü ki, 1848-1852-ci illərdə Cənubi Azərbaycanda və İranın bir sıra yerlərində feodal quruluşuna, ölkəni müstəmləkə halına salmış xarici kapitala qarşı üç dəfə xalq üsyanı baş vermişdir.
Birinci dəfə üsyan 1848-ci ilin mayında Mazandaranda başlanmışdır. Bizi maraqlandıran bu xalq hərəkatının önündə gedən Qürrətül eyn cənabi Tahirə xanımdır. Onun əsl adı Zərrintacdır. Qəzvində azərbaycanlı Mmolla Salehin ailəsində anadan olmuş, mükəmməl təhsil almış, ərəb və fars dillərini öyrənmiş üç dildə (türk, fars və ərəb) şeirlər yazmışdır.
Rza Ələddin ibn Fəxrəddin müsəlman dünyasının məşhur xatunları haqqında yazdığı topluda Azərbaycanın bir çox görkəmli qadını haqqında danışmış Qürrətül eynə geniş yer vermişdir. O, qeyd edirdi ki, Qürrətül eyn fəsahətlə (gözəl və aydın) danışan; elmə, təriqqətə meyilli bir qadın olmuş, ərindən ayrılaraq İranı səyahətə çıxmış, minbərlərə qalxıb, məclislər tərtib edib, xalqı babi məzhəinə çağırırmış.
Anri Mmasse isə yazırdı: "Qürrətül eyn ("gözün nuru") adlandırılan bu qadın gözəl olduğu qədər də ağıllı idi. O, İranda qadən hərakatının müjdəçisi sayılır. Babilərin bu təbliğatı höküməti çox ciddi tədbirlər görməyə vadar etdi. O zaman babilər içərisində ilk şəhidlər oldu."
Fransız sosioloq və tədqiqatçıları Habinonun və Nikoliyanın verdikləri məlumatlardan bəlli olur ki, getdikcə ümumxalq hərəkatına çevrilən bu üsyan yatırılsa da, babiləri ruhdan salmamışdı. Onlar mübarizəsini davam etdirmiş, hətta 1852-ci ildə Nəsrəddin şaha qarşı qəsd hazırlamışdılar. Lakin bu, nəticəsiz qaldığı üçün babilər daha da ciddi təqib olunmuş , onun ən görkəmli başçılarından Qürrətül eyn də tutulub tonqalda yandırılmışdır.
Babilər hərəkatı haqqında Yaşar Türkazərin yazdığına görə Nəsrəddin şah Zərrintacı görəndə gözəlliyinə valeh olmuş, 5 uşaq anası olmasına baxmayaraq ona təklif etmişdi ki, babilik hərəkatından əl çəkib ona zövcə olsun. Fəqət, Zərrintac öz məfkurəsinə sadiq qalaraq , ölümü rahat saray həyatından üstün tutmuşdur.
M.F.Axundov Qürətül eyni "zəmanəsinin əcabəsi" adlandırmış, "Kəmalüddövlə fəlsəfi" traktatında onun adını mütərəqqi fikirli alimlərlə bir cərgədə çəkmişdir.
Çox təəssüf ki, belə görkəmli natiq, alim və şair qadının həyatı və mübarizəsi dinlə əlaqələndirildiyindən adı unudulmuş, tariximizin "ağ ləkələri"ndən birinə çevrilmiş, haqqında son vaxtlaradək heç nə yazılmamış, şklini çəkmək isə rəssamlarımızın yadına düşməmişdir.
Milli.Az

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Roya · 11 Mart 07:3030

    Maraqli melumat idi.Dogrudan da cengaver qadin olub.Hec esitmemisdim bu qadin haqda.Xalqimizin nece qorxusuz ovladlari olub.

    Cavab yaz
  • Anonim
    asi · 11 Mart 09:3740

    Birinci dəfədir oxuyuram bu xanım haqqında..Milli.aza təşəkkür düşür)..

    Cavab yaz
    • Anonim
      asiyə) · 11 Mart 13:1000

      Salam Asi xanım, necəsiz, ,, Kəmlüddövlə məktubları,, əsərini oxuyun, orda bir az məlumat tapa bilərsiz göstərilən xanım haqqında.

      Cavab yaz
      • Anonim
        asiyə) · 11 Mart 14:1100

        ,,Kəmalüddövlə məktubları")

        Cavab yaz
      • Anonim
        asi · 11 Mart 14:2210

        Salam, şükür..Internetdə tapsam oxuyaram..Mənə çox maraqlı gəldi bu xanımın həyatı..Heç təsəvvür etməzdim...Heyif ki, məqalədə də yazıldığı kimi " ağ ləkə" ediblər..Siz rəssam kimi bu xanımı necə təsvir edərdiz??)..

        Cavab yaz
        • Anonim
          asiyə) · 11 Mart 14:4620

          Əslində bunun şəkilləri var bəzi qaynaqlarda. Amma bir qəhrəman qadın kimi Zöhra nənəm kimi təsvir edərdim,mənim babamın biri sürgündən qaçıb Hacı Muradın dəstəsinə qoşulub, Hacı Murad Rusiyayla danışıqlara gedəndə babam tərk edib onları Azərbaycana gəlib, gələndə gələcəkdə nənəmiz olacaq Zöhrə xanımı qaçırdıb,çox ədalətli və qorxmaz qadın olub.Zöhrə nənəm kimi təsəvvür edərdim. Dərbənd bəylərinin birinin qızı olub. Çox maraqlı qaçırılma tarixçəsi olub)

          Cavab yaz
        • Anonim
          asi · 11 Mart 15:0310

          Mənim də babamın biri nənəmi qaçırdıb)..Maraqlı tarixcəniz var..Əvvəlki xanımlarımız çox mərd və qeyrətli olub..Zöhrə xanım kimi xanımların keçdikləri ömür yolunun az bir hissəsini indi bizlər keçməyi bacarmarıq..Əvvəl nənəmgilin qonşuluğunda çox yaşlı iki qadın vardı.O vaxt mənim 12-13 yaşım olardı, onlarsa, 85-i keçmişdi)..Həmişə cavanlıqlarından, müharibə dövründən söhbətlərinə heyrətlə qulaq asardım..Fiım kimi həyatları olub baba nənələrimizin)..

          Cavab yaz
          • Anonim
            asiyə) · 11 Mart 15:4520

            Mənim babalarım 2 əsr ya sürgündə olublar, ya zindanda, ya da qaçaq yaşayıblar. Bütün dövrlərdə təqib olunan nəsil olublar. Sonuncu dəfə 1952-ci ildə Stalin, ondan qabaq 1936 -cı ildə Farslar,ondan əvvəl yenə də ruslar, ingilislər təqib ediblər). Son dövrlərdə rahat buraxıblar bizi)

            Cavab yaz
          • Anonim
            asi · 11 Mart 15:5710

            Görünür düşmənlərimiz babalarınızdan çəkiniblər..Təbrik edirəm)..

            Cavab yaz
            • Anonim
              asiyə) · 11 Mart 16:4020

              Sag ol təbrikə görə. Həmin babam Azərbaycana qayıdandan sonra yenə dəstə yıgıb daglara çəkilib.Hacı Murad da ruslardan qaçıb babamgilə qoşulub 1851-də babam Hacı Muradı Nuxa qalasından qaçırıb( indiki Şəki qalası). Sonra da 1852-də rus-kazak qoşunlarının mühasirəsinə düşüblər Qax ərazisində, İlisuda. Hamısının başın kəsiblər, babam daxil. Sonra da nənəmgil İrana qaçıblar.Arada gəlib bir az döyüşüb yenə İrana qayıdıblar.Sonra da 1936-da bir dəfəlik Bura sürgün olunublar İrandan. Bax belə)

            • Anonim
              asi · 11 Mart 17:0510

              Təəssüf edirəm..Əsilnizi nəslinizi bu qədər dəqiqliklə bilmənizi çox bəyəndim)..Insanlarda ən çox sevdiyim xüsusiyyətdi, köklərinə hörmət etmələri...Həm sizin, başqasının babalarının nənələrinin həyatı bizim ümumi tariximizdi..Siz babalarınızdan geniş məlumat verdikcə biz də tariximizi bilmiş oluruq, bilmədiklərimizdəən...

  • Anonim
    asiyə) · 11 Mart 17:1620

    Çox sag ol, hələ qısa yazdım həmin babamızın övladları 1898-dən sonra yaxşı güc toplayıb Gəncəbasarda fəaliyyətə başlıyıblar). 1905-də ruslar erməniləri yaxşı silahlandırıb üstümüzə gələndə bizimkilərin sürprizləri ilə qarşılanıblar Gəncəbasar tərəfdə). Erməniləri darmadagın ediblər oralarda). Axtarıb öyrənirik daima.Borcumuzdu.

    Cavab yaz
    • Anonim
      asi · 11 Mart 18:0910

      Kitab yazmaq olar).. Bu cür hadisələrin kitablaşdırılıb saxlanması böyük savab olardı, əgər yoxsa.. Məlum, insanlar və onların bildikləri əbədi deyil.Ona görə gələcək nəsil üçün geniş məlumat hazırlayıb saxlamaqda fayda var..

      Cavab yaz
      • Anonim
        asiyə) · 11 Mart 20:1030

        İndi hələ başqa adamların tarixi yazılır, ən yeni tarix). Bizə növbə çatar, ya yox bilmirəm.

        Cavab yaz
        • Anonim
          asi · 11 Mart 20:4720

          Əsas odur əsl tarixi tarixi şəxsiyyət kimi yaşayanlar olub..Zorla və ya nəyinsə xatirinə yazılan tarixin tarixi uzun çəkməz).Yəqin ki, nə vaxtsa, əsl tarixi yazıb öyrədənlər olacaq..Cumhuriyyətimizin qurucusu da səhifələrə yazılmır, yazılanlar da silinir.Amma ürəklərdə yaşayır).. Təki qəhrəmanı xalq yaşatsın, kitaba yazılmalarını çox görənlər olsa da)..

          Cavab yaz
  • Anonim
    · 12 Mart 12:1010

    Bizim bir fizika müəlliməmiz var idi ,deyirdi ki,tarixçilər gopçu olurlar.Fikirləşirdim ki,niyə elə deyir görəsən.Yaşadıqca görürəm ki,doğurdan da tarixi kim necə istəyir o cür də yazır.Gözümüzün qabağında baş verən hadisələr tamam başqa cür şərh olunur.Ona görə də tarixi də,tarixçiləri də ciddi qəbul etmirəm

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.