Cəmiyyət

Qida borusu daralan xəstə riskə getdi

10 Mart 2018 20:55
1 Şərh     Baxış: 841

Qida borusu yanığı nəticəsində qidalanması mümkün olmayan P.M. 8 ay ərzində müxtəlif tibb müəssisəsinə üz tutsa da, onu narahat edən xəstəliyə şəfa tapılmayıb. Həkimlər təcili əməliyyat aparılmasının vacibliyini bildirsələr də, onlardan heç biri bu ağır və məsuliyyətli işin altında girməyib. Həmin əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində yerinə yetirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzdən verilən məlumata görə, xəstə əvvəllər başqa xəstəxanalarda müalicə almasına baxmayaraq, qida borusunda yenidən problemlər yaranmağa başlayıb. Tədricən daralma baş verməsi nəticəsində qida qəbul etmək mümkün olmayıb. Müraciət etdiyi digər mərkəzlərdə xəstənin yaşamaq ehtimalının çox az olduğunu bildirsələr də, riskli olduğu üçün açıq əməliyyatdan imtina ediblər. Mərkəzin ümumi cərrahı Ilqar İsmayılov və döş qəfəsi cərrahı Elmar Məmmədovun birgə icra etdikləri əməliyyat uğurla nəticələnib.

Ümumi cərrah İlqar İsmayılov əməliyyatın mürəkkəbliyi barədə məlumat verərək deyib: "Xəstənin özəlliyi onda idi ki, qida borusundakı darlıq yuxarıdan - boyun hissəsindən başlanırdı. Cərrahi mürəkkəbliyi isə yemək borusunun plastikasının kəsilib çıxardılaraq mədə ilə əvəz olunması və mədənin boyuna çəkilməsi idi. Əməliyyat 3 bölgədə- qarın boşluğu, döş qəfəsi və boyunda aparılır. Həmin əməliyyatlar ciddi ağırlaşmalarla müşahidə olunur və xəstələrin əməliyyatətrafı dönəmlərdəki ölüm faizi çox yüksəkdir. Ona görə həmin xəstələri laparoskopik yolla əməliyyat apardıq, yəni endoskopik kəsik olmadan - qarın boşluğu açılmır, döş qəfəsində kəsik aparılmır, dəliklərdən endoskop vasitəsilə icra olunur, yemək borusu tamamilə kəsilib çıxarılır, mədədən yemək borusu düzəldilir və döş qəfəsindən çəkilərək boyuna birləşdirilir. Xəstə bir həftə ərzində sağalaraq evə buraxılır".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Zz · 10 Mart 21:0500

    Duzdu hec ne basa dusmedim amma savadli hekimlerimize esq olsun.Artiq savadsuz o qeder hekim var adam qorxur xestexanaya getmeye.Qonsumuz usagi 7yasinda olanda boyreyine xerceng diagnuzu qoyub az qala boyreyinu cixarirdilar.Sonra Turkiyede dediler hec ne olmuyub adi soyuq deymedi mualiceyle sagaldu.indi evlenib iki usagida var

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.