Cəmiyyət

Qeyrət mövzularına etinasızlığı müalicə etmək lazımdır

10 Mart 2018 20:50
30 Şərh     Baxış: 1 327

Qeyrət mövzularına etinasızlıq elə bir ruhi xəstəlikdir ki, onu müxtəlif şəkillərdə müalicə etmək olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir nəfər nəql edir ki, dostları ilə birlikdə parkların birində gəzirdi və bir ailə gördü ki, xanımı pis geyimli halda idi. Həmin şəxs öz-özünə düşündü ki, mütləq nəyh-əz-munkər etməlidir.

O, nəql edir: "Kişi nəyisə almaq üçün xanımından və uşağından ayrılan zaman, Allaha pənah aparıb, həmin kişiyə yaxınlaşıb dedim: "Mən müsafirəm və bir neçə dəqiqədir ki, sizi müşahidə edirəm. Yəqin ki, bundan sonra sizi görməyəcəyəm, ancaq sizə bir söz demək istəyirəm. Sizin qeyrətiniz necə icazə verir ki, həyat yoldaşınız cəmiyyət içinə bu vəziyyətdə çıxsın?".

Həmin şəxs bir qədər fikrə getdi və sonra dedi: "Düz buyurursunuz. Əsil təqsirkar mən özüməm. Mənim xanımım yavaş-yavaş dəbə uyğunlaşmağa başladı. Mən də onun bu işinə etina göstərmədim. Ancaq söz verirəm ki, bu gün onunla bu haqda səmimi halda söhbət edəcəyəm və özünü düzəltməsini istəyəcəyəm. Mütləq nəticə əldə edənədək, çalışıb səy edəcəyəm. İnanıram ki, müsbət nəticə də hasil olacaq".

Mən də nəsihətimin nəticə verəcəyi ümidi ilə ondan ayrıldım".

Dinimiz dostların sifətlərinə və əqidələrinə diqqət göstərməyi həmişə tövsiyə etmişdir. Ona görə də insan gərək elə şəxslə dostluq etsin ki, qeyrət mövzularında azsamasın. Eləcə də, ətrafında olanlarda qeyrət mövzularına etinasızlıq gördükdə, çalışıb onları islah etməlidir.

İctimai qınaq - qeyrət mövzularına etinasızlığı müalicə etməyin ən effektiv yollarındandır.

Milli.Az

loading...

Şərh yaz:

30 Şərh:

  • Anonim
    Tovuzlu E · 10 Mart 21:00413

    Neyh ez munker, azsamasin ne demekdi

    Cavab yaz
    • Anonim
      asi · 10 Mart 21:19516

      Bu Milli.azın dilindədi, hər adam başa düşə bilməz)..

      Cavab yaz
      • Anonim
        Tovuzlu E · 10 Mart 21:3149

        )) Basa dusen oldusa yazsin gorek milli.az bu sozlerle ne demek istedi

        Cavab yaz
  • Anonim
    asi · 10 Mart 21:08614

    Bax elə şəkildəkilərin 4-ü də biqeyrətdi...Və belə vəziyyət realda daha çoxdu..Öz evindəki xanımların küçəyə neçə çıxdığı məlum olmayan bəzi kişiciklər ona buna baxıb ağızlarının suyunu axıtmaqdan utanmırlar..Düzdür, xanımlar abırlı geyinməlidir, ətrafın diqqətini çəkəcək tərzdə geyinməməlidir, amma indi biri yolu çaşıb özünü çöldə qoyursa, burada artıq qeyrət sınağı ətrafdakı kişilərin üzərinə düşür..Qadınlar soyunmasa, kişilər baxmaz və kişilər baxmasa da qadınlar soyunmaz)..Özüm də heç bilmirəm hansı variant daha doğrusudur)..

    Cavab yaz
    • Anonim
      Əsranur · 10 Mart 21:47356

      Qadın soyunanda,elə biz qadınlar da baxırıq.Kişilərdə günah görmürəm.Olurki kişinin gözü sataşır,üzünü çevirir.Olurki kişinin gözü sataşır və azqala şəklini çəkir..Özü də hər fondan..Günahkar yenə də qadındır..

      Cavab yaz
      • Anonim
        Əsranura) · 10 Mart 21:5246

        Mən də gözaltı baxıram, boynuma alıram)

        Cavab yaz
        • Anonim
          Əsranur · 10 Mart 21:5862

          :))))elə baxki,vurub gözünü qaraltmasınlar:))))Qadınların soyuq silahları:sumka,setka,kabluk:)))

          Cavab yaz
      • Anonim
        Orxan · 10 Mart 21:5961

        Baxmaq ayri baxib agzinun suyunu axitmaq ayri.tutaqki o pisdi aciq geyinib bes kiwinin qeyretine ne gelib?? Niye baxir.demeli o baxan kiwidede namus yoxdu

        Cavab yaz
        • Anonim
          Əsranur · 10 Mart 22:0408

          Ay sağ ol.Elə mən də sən deyəni deyirəm deyəsən.Qaldıki namusa-qadın namussuzdursa,kişidən namus gözləmək gülüncdür.

          Cavab yaz
          • Anonim
            . · 11 Mart 00:20140

            Niye? Qadin ozunu dagdan atsa kiwide atacaq?imanli dindar kiwi qadin ne geyinsese baxmaz eyer kiwi Allaha baglidisa

            Cavab yaz
  • Anonim
    · 10 Mart 21:4622

    İkinci variant.

    Cavab yaz
  • Anonim
    21:52 deki Bambiliya · 10 Mart 22:08112

    Sen ne vaxt ozuve hormet qoyassan? Ozuve bir az ceki duzen ver.Yaxsi doyulu.Ozunu yasiva basiva uygun aparmirsan/.

    Cavab yaz
    • Anonim
      22.08-ə · 10 Mart 22:47216

      Sənin də taleyinə tula olmaq yazılıb vallah, əvvəllər hava bürosunun, indi də hər tərəfin, yazıq olmusan

      Cavab yaz
      • Anonim
        Bir kes · 11 Mart 07:24291

        Nəhy əz munkər-pis işlərdən cəkindirmək.Bu Allah tərəfindən hamıya vacib buyrulan bir əməldir.Əgər yanında gunah etmiş birinə tövsiyyə etmirsənsə ,özün də gunahkar sayılırsan.Təəssüf indi birini bir işdən nəhy edəndə (çəkindirəndə) xoşları gəlmir.

        Cavab yaz
        • Anonim
          Bir kes · 11 Mart 13:51311

          Cox agillisiniz .Ona gore de dislaykiniz bol olsun.

          Cavab yaz
  • Anonim
    MOMIN · 11 Mart 15:43180

    dusunurem ki aqli olan ve ozunu idare eden hec bir insan bir aciq geyinen qadin gorende meymunluq elemez. qadinlar ise harda nece geyinmeyi bilmeli ve oyrenmelidirler yeni bazarin bazar isin is toyun toy gezmeyin gezmek geyimi var. hansisa biri duzgun olmayanda cox yersiz pis gorunur

    Cavab yaz
    • Anonim
      Mominə · 11 Mart 19:57140

      Haqlısız.

      Cavab yaz
  • Anonim
    mən · 11 Mart 21:02190

    "AXIR ZAMANDA İMANI QORUMAQ ƏLDƏ YANAR KÖZÜ QORUMAQDAN DAHA ÇƏTİN OLACAQ" (hədis) Hədisdə deyilir ki, bir gün Peyğəmbər (s) Kəbə evini təvaf edərkən səhabələri yanına toplayıb buyurur: "Sizə axir zamandan və onun əlamətlərindən xəbər verimmi?" Səhabələr: "Bəli! Ey Allahın rəsulu". Peğəmbər (s) buyurdu: "Axir zamanda namazlar zay edilər, ehtiraslar aşkar olar, tamah və nəfsə meyl edilər, sərvətlilər əziz tutular, din dünyaya dəyişilər, bu vaxtı möminin qəlbi susuzluqdan duzlu su içib daha da susuzluqdan yanan bir adam kimi yanar, lakin dinini qorumağa qudrəti çatmaz"

    Cavab yaz
  • Anonim
    mən · 11 Mart 21:03210

    ...Salman bu vaxt təəccüblə dedi: "Ey Allahın rəsulu bu necə olar?" Peyğəmbər (s) davam etdi: "Bəli ey Salman! Allaha and olsun ki, o zaman rəhbərlər sitəmkar, köməkçiləri fasiq, qərar qəbul edənlər və asayiş qoruyanlar xain və quldur olar. Yaxşılıqlar pis, pis işlər yaxşı kimi tanınar. Əmanətlər xəyanətkarlara etibar edilər. Yalançılar doğru, düz danışanlar yalançı hesab edilər. Axir zamanda qadınlar rəhbərlik əldə edərlər, onlarla məşvərət edilər.

    Cavab yaz
  • Anonim
    mən · 11 Mart 21:05200

    ...Minbərdə kiçiklər (mənəviyyatca) oturar, gözəl yalanlar uydurar. Zəkat vermək zərər hesab olunar. Xalqın malı (dövlətin, xalqın büdcəsi) qənimət hesanb olunar. Övladlar ata-anaları ilə köbud, dostları ilə mehriban davranar. Günahkarlar hörmətli olar". Salman soruşdu: "Belə şeylər olacaq?" Peyğəmbər (s): "Bəli ey Salman! O zaman qadınlar ərləri ilə ticarətdə ortaq olarlar, yağışlar azalar, gənclər paxıl olar, qadınları çılpaq olar, bazarları yaxın olar (çoxalar). Hamı Allaha şikayətçi olar, biri deyər heç nə satmadım, digəri deyər heç xeyir götürmədim. Bu zaman başlarına bir dəstə rəhbərlik edən müsəllət olar ki, etiraz edəni öldürər, sakit qalanın malın qarət edib əlindən alar, ürəklərini qorxu ilə doldurar.

    Cavab yaz
  • Anonim
    mən · 11 Mart 21:06200

    ...Əşyalarını və qayda qanunlarını şərqdən və qərbdən əldə edərlər, bu zaman mənim ümmətim rəngarəng olar (həm daxilləri, həm zahirləri rəngarəng olar), kiçiklərə rəhm olunmaz, böyüklərə ehtiram edilməz. Zahirən insan kimi olarlar, lakin qəlbləri şeytan kimi olar. Kişiləri özlərini qadına, qadınları özlərini kişiyə bənzədərlər. Allah onlara lənət eləsin. Kişilər və oğlanlar qızıl taxar, ipək geyər. Məscidlər bəzədilər, minarələr ucaldılar, namaz qılanların sayı cox olar, lakin qəlbləri boş olar, daxillərində bir-birinə kin olar.

    Cavab yaz
  • Anonim
    mən · 11 Mart 21:07210

    ...Faiz, ruşvət, qeybət adiləşər. Varlılar lovğalıq üçün, kasıblar riyakarlığ üçün həccə gedər. Quranı və elmi Allahdan başqası üçün oxuyar, öyrənərlər. Zinalar aşkar yayılar, insanlar dünya üçün düşmənçilik edər, yalanlar artar, pislər yaxşılara hakim kəsilər. Əyinlərindəki libasları ilə öyünərlər, günahlar çoxalar, xəbərçilik və fəqirlik vüsət alar, musiqi qumar təriflənər, yaxşılığa dəvət pis bir şey hesab olunar. O zamanın möminləri xar, Quran oxuyanları və ibadət edənləri bir-biri ilə pis rəftar edər, pis danışarlar. Səma əhli də onları pis hesab edər. Varlıları kasıbçılıqdan qorxar, kasıblara rəhm etməz.

    Cavab yaz
    • Anonim
      mene · 12 Mart 02:23032

      Melekler agil paylayanda, sen yuxulu olmusan.oxucu.

      Cavab yaz
  • Anonim
    mən · 11 Mart 21:08220

    ...Nalayiq insanlar cəmiyyət arasında həqiqət olmayan şeylər danışar. Xəzinələr qızıl gümüşlə dolu olar, lakin digər insanlara faydası olmaz. Dünya axirətdən üstün tutular." Biharul-ənvar. Cild-6. Səh-306.

    Cavab yaz
    • Anonim
      .. ه · 11 Mart 23:32170

      Salam eleykum.Salman kimi sehabe bu gunleri gorseydi ,teeccublenmezdi.Ele Peygemberin s.dediyi dovrdur.Cox sag olun,Peygember s.a.a.s. kelamlarini paylawmaga gore.

      Cavab yaz
      • Anonim
        mən · 12 Mart 00:03130

        Əleykum Salam,bacım.Bəli,doğru buyurdunuz.Allah sizdən razı olsun.

        Cavab yaz
        • Anonim
          Eminim oyledir · 12 Mart 09:53124

          Senin bu yazdiqlarin ancaq bizim olkeye aiddi.basqa olkelerde bele deyil.demeli axiret ancaq bizim olkede olacaq.xaxaxa)).hardan uydurursuze bunlari.camaatda inanir saf saf)

          Cavab yaz
          • Anonim
            mən · 12 Mart 13:31111

            ox ucu və 09:53-də yazanlar.Bu hədisdə xətrinizə dəyən nə oldu? Deyəsən orda sizə aid olanlar da var ki,belə narahatsız.Düşünün,düçünmək yaxşıdır.Axirətinizi düşünün.

            Cavab yaz
        • Anonim
          .. ه · 12 Mart 12:13121

          Sag olun ,mən qardaş.Maraqlı yazılarınızı həmişə oxuyuram.Hər movzuya yazdıgınız şərhlər luzumsuz sözlərdən kənardır.Allah sizden de razı olsun.

          Cavab yaz
  • Anonim
    Asim · 12 Mart 17:3980

    Indiki cemiyetde kisilerin qadinin gozelliyine gore yox imanina baxsaydilar, qadinlar mescide daha cox gederdiler, neyinki gozellik salonlarina. Fikrimce burda her iki teref eyni derecede gunahkardir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.