Cəmiyyət

Qalıcı nurun varisləri kimdir?

10 Mart 2018 19:50
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Və gecənin bir hissəsini oyaq qal ki, bu (gecə namazı) sənin üçün nafilə ibadətidir. Ümid var ki, Rəbbin səni bəyənilmiş bir məqama çatdırsın". ("İsra" 79)

Həzrət İsa (ə) buyurur: "Xoş olsun o kəslərə ki, gecənin bir hissəsini ibadətlə keçirərlər. Onlar o kəslərdir ki, qalıcı nuru irs apararlar".

"Şübhəsiz ki, gecə yuxudan qalxmağın əziyyəti daha çoxdur və sözləri (o zaman) daha doğrudur". ("Müzəmmil" 6)

Allahın Peyğəmbəri (s) buyurub: "Cəbrayıl ibadət üçün gecə oyaq qalmağı mənə o qədər tövsiyə etdi ki, ümmətimin ən yaxşı şəxslərinin, heç vaxt gecələr yatmayacağını güman etdim".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu mübarək əmələ ailə üzvlərini cəlb etməklə bağlı da dinimizin tövsiyələri var. Allahın Peyğəmbəri (s) buyurub: "Allahın rəhməti olsun, gecə yarısı yuxudan qalxan, namaz qılan, öz həyat yoldaşını namaz qılmaq üçün oyadan və əgər qalxmaq istəməsə onun üzünə su çiləyən kişiyə. Allahın rəhməti olsun, gecə yarısı yuxudan qalxan, namaz qılan, ərini namaz üçün oyadan və əgər imtina edərsə, onun üzünə su çiləyən qadına".

Gecəni ibadətə qalxan insan üçün qəlbində nurun sabit olması ilə yanaşı, dəqiq nicat şansı da təqdim edilir. Rəsuli-Əkrəm (s) buyurub: "Bəndə qaranlıq gecənin yarısında öz Ağası ilə xəlvətə çəkilib onunla öz sirlərini və ehtiyaclarını bölüşdürərsə, Allah Təala onun qəlbində nuru sabit edər. Sonra mələklərinə buyurar: "Ey mənim mələklərim! Baxın Mənim bəndəmə, qaranlıq gecənin yarısında batil əhli boş və hədər işlərlə məşğul olduğu və qafillər yatdığı zaman Mənimlə xəlvətə çəkilmişdir. Şahid olun ki, Mən onu bağışladım"".

Digər yerdə Allahın Peyğəmbəri (s) buyurub: "İbadət üçün gecə oyaq qalmağı sizə tövsiyə edirəm ki, bu, sizdən əvvəlki ləyaqət sahiblərinin həyat tərzidir. Gecə oyaq qalmaq - Allaha yaxınlaşmaq və günahlardan çəkinməyin vasitəsidir".

Eyni zamanda bəlli olur ki, gecə ibadəti həm fiziki, həm də mənəvi sağlamlığın rəhnidir. İmam Əli (ə) buyurub: "İbadət üçün gecə oyaq qalmaq bədənin sağlamlığının, Allah Təalanın razılığının, Allahın rəhməti altında olmağın və peyğəmbərlərin əxlaqından yapışmağın mənşəyidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.