Cəmiyyət

Evlilik binası – Uca Allahın inşasını ən sevdiyi binadır

10 Mart 2018 23:40
4 Şərh     Baxış: 1 195

Allah Təala insanı elə xəlq etmişdir ki, onun munisə ehtiyacı vardır ki, həm maddi və həm də mənəvi ehtiyaclarını təmin etsin və bir yerdə kamala çata bilsinlər. Ona görədir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim evlənər, həqiqətən də dininin yarısını qorumuş olar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim müsəlmanları evliliyə təşviq edir və onu bir dini vəzifə kimi təqdim edir.

"(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir". ("Nur" 32).

"Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması - onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

"Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır". ("Nisa" 3).

Həzrət Peyğəmbər (s) buyurur: "İslam dinində heç bir bina Allah yanında evlilik binası kimi ən sevimli şəkildə inşa edilməmişdir".

Belə isə, möminlər səy etməlidirlər ki, imkanları qədər tez evlənsinlər və eləcə də, ətraflarında olan subayların ailə qurmaları üçün əllərindən gələni etsinlər.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Hikmet · 11 Mart 16:0640

    Hami bu saat evleneee sadece imkan yoxdu

    Cavab yaz
    • Anonim
      .. ه · 11 Mart 20:22130

      Allah hamını xoşbəxt etsin.Sonuna qeder birlikde olsunlar.Allah qatında beyenilməyən halal -boşanmaqdır.

      Cavab yaz
    • Anonim
      Asim · 12 Mart 17:30130

      Debdebeli toy etmesek, her kesin imkani catar. Sadece cox shohretperest olmusuq. Bahali geyimler, zinet esyalari, haram meclisler acilmasa ve s. butun bunlar sebebdir sadece

      Cavab yaz
      • Anonim
        17.30 a · 12 Mart 20:4780

        En yaxsisi ruslar edir.Bir defe toy i vsyo.Bizde bu temteraq olmasa yaxsi olardi.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.