Cəmiyyət

Cənnətlə müjdələnmiş səhabələr

10 Mart 2018 20:40
10 Şərh     Baxış: 970

Səhabə Peyğəmbəri - ona və ailəsinə Allahın salavatı və salamı olsun - görüb İslamı qəbul edən və müsəlman olduğu halda ölən kəsə deyilir. Səhabələr - Allah onlardan razı olsun - Peyğəmbərdən sonra ən xeyirli insanlardır. Onları dost tutmaq, onları sevmək, onlardan razı qalmaq hər bir müsəlmana vacibdir. Onları sevmək dindar və mömin olmağın, habelə mərhəmətli Allaha yaxınlaşmağın əlamətidir.  Onlar bu dini qısa bir vaxt ərzində yer üzünün hər tərəfinə yaymış, Allah onların əli ilə bir çox diyarları fəth etmiş, beləliklə də, insanlar dəstə-dəstə bu dinə daxil olmuşlar. Uca Allah səhabələri tərifləmiş və onlara Cənnəti vəd etmişdir. O buyurur:

"Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur" (ət-Tovbə, 100).
Peyğəm­bərimiz bir çox səhabəni hələ sağlığında ikən Cənnətlə müjdələmişdir. O demişdir: "Əbu Bəkr cənnətlikdir; Ömər cənnətlikdir; Osman cənnət­likdir; Əli cənnət­lik­dir; Talhə cənnətlikdir; Zu­beyr cənnətlikdir; Ab­dur­rəhman ibn Auf cənnətlikdir; Sə'd ibn Əbi Vəqqas cənnətlikdir; Səid ibn Zeyd cənnətlikdir; Əbu Ubey­də ibnul-Cərrah cənnətlikdir". (ət-Tirmizi, 5/647-648; "Səhihul-Cami", 50).

Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəm­bər demişdir: "Əbu Bəkr və Ömər əvvəl­ki və sonrakı Cənnət əhli­nin yaşlıları arasında ən hör­mətli olacaqlar. Yalnız peyğəmbərlər və elçilər istis­nadır". (ət-Tirmizi, 5/610; İbn Macə, 1/36; "Silsilətul-Əhadisis-Səhi­hə", 12/487).

Peyğəm­bər demişdir: "Hər kəs Allah üçün yax­şı iş görsə, Cənnət qapılarına dəvət olunar; namaz qılan­lar namaz qapısından, cihad edənlər cihad qapısından, sə­dəqə verənlər sədəqə qapısından, oruc tutanlar Rəyyan adlı oruc qapısından Cənnətə dəvət olunar­lar". Bunu eşi­dən Əbu Bəkr dedi: "Ey Allahın Elçisi! O qapı­la­rın hamısından dəvət olunan olacaq­mı?" Rəsulullah demişdir: dedi: "Bəli olacaq! Ey Əbu Bəkr, mən is­təyirəm ki, sən onlardan olasan". (əl-Buxari, 7/23).

Rəvayət edilir ki, Peyğəm­bər: "Kim Rumə quyusunu alsa, onun üçün Cənnət vardır!" - dedi və Osman bu quyu­nu aldı; "Kim Usra ordusunu təchiz etsə, onun üçün Cən­nət vardır!" - dedi və Osman bu ordunu təc­hiz etdi". (əl-Buxari, 3/1021).

Əbu Musa Əşari rəvayət edir ki, "Bir dəfə Əbu Bəkr Peyğəmbərin yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə bildirdikdə o dedi: "İzn ver gəlsin və onu Cənnətlə müjdələ". Sonra Ömər ibn Xattab Peyğəmbərin yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə bildirdikdə o dedi: "İzn ver gəlsin və onu Cənnətlə müjdələ". Sonra da Osman ibn Affan Peyğəmbə­rin yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə bildirdikdə o dedi: "İzn ver gəlsin və onu Cənnətlə müjdələ". (əl-Buxari, 7/25).

Rəvayət edilir ki, bir dəfə Peyğəmbər, Əbu Bəkr, Ömər ibn Xattab və Osman ibn Affan Uhud dağı­na qalxdılar. Bu vaxt dağ silkələndi. Peyğəmbər ona dedi: "Ey Uhud! Sakit ol! Sənin üzərində pey­ğəmbər, siddiq və iki şəhid var". (əl-Buxari, 7/66).

Peyğəm­bər demişdir: "Cənnət üç nəfər üçün darı­xır: "Əli ibn Əbi Talib, Ammar ibn Yasir və Salman əl-Farisi". (Müstədrək, 3/148; "Səhihul-Cami", 1/331).

Peyğəm­bər demişdir: "Həsən və Hüseyn Cənnət­dəki cavanlar arasında ən hörmətli olacaqlar. Fatimə də qadınlar arasında ən xeyirli olacaq". (əl-Hakim, 3/167; "Silsilətul-Əhadisis-Səhi­hə", 796; "Səhihul-Cami", 47).

Peyğəm­bər dedi: "Dünən axşam Cənnətə daxil oldum. Baxdım ki, Cəfər mələklərlə birgə uçur, Həmzə isə çarpayının üs­tündə dirsəklənib". (Təbərani, 2/107; əl-Hakim, 3/217; "Səhihul-Cami", 3363).

Peyğəm­bər dedi: "Cəfər ibn Əbi Talibin iki qa­nad­la mələk kimi Cən­nətdə uçduğunu gördüm". (ət-Tirmizi, 2/305; "Silsilətul-Əhadisis-Səhi­hə", 1226).

Peyğəm­bər demişdir: "Cənnət qadınlarının ən fəzi­lətlisi; Xuveylidin qızı Xədicə, Muhəmmədin qızı Fati­mə, İmranın qızı Mər­yəm və Fironun zövcəsi Muzahi­min qızı Asiyadır". (İmam Əhməd, 1/322; "Silsilətul-Əhadi­sis-Səhihə", 4/13).

Rəvayət edilir ki, Peyğəmbər Aişəyə dedi: "Həm dünya­da, həm də Axirətdə mənim zövcəm olmağa razısan­mı?" Aişə: "Əlbəttə razıyam!"- deyə cavab verdi. Pey­ğəmbər dedi: "Dünyada da, Axirətdə də sən mənim zövcəm­sən!" (əl-Hakim, 4/10; "Silsilətul-Əhadisis-Səhi­hə", 1142).

Peyğəm­bər demişdir: "Abdullah ibn Səlam Cən­nət­də on nəfərin onuncusudur". (Əhməd, 5/242; əl-Hakim, 1/178; "Səhihul-Cami", 3975).

Peyğəm­bər dedi: "Cənnətə daxil oldum və qarşım­da ayaq səsləri eşit­dim. Mən: "Bu kimin ayaq sə­sidir?" - dedim. Mənə: "Bu Ğumeysa bint Milhan­dır" - deyildi". (Əhməd, 3/125; "Səhihul-Cami", 3368).

Peyğəm­bər demişdir: "Cənnətdə Əbu-Dəhdah üçün sallanmış çoxlu xur­ma salxımları vardır!"  (Muslim, 2/665).

Peyğəmbər dedi: "Ümmətlər mənə göstərildi. Mən bir Peyğəmbər gör­düm, yanında bir dəstə adam var idi. Başqa birisini də gördüm, yanında bir-iki nəfər var idi. Hətta eləsini də gördüm ki, yanında heç bir kəs yox idi. Bu vaxt mənə böyük bir toplum göstəril­di və mən elə zənn etdim ki, bu mənim ümmətimdir. Mənə: "Bu, Musa və onun qövmüdür. Sən üfüqə tərəf bax!"- deyildi. Mən üfüqə tərəf baxdıqda daha böyük toplum gördüm. Mənə: "Bu, sənin ümmətindir. Onlar­dan yetmiş min nəfəri sorğu-sualsız, əziyyət çəkmə­dən Cənnətə daxil ola­caqlar!" - deyildi. O, bunu deyəndən sonra evinə girdi. Camaat sorğu-sualsız, əziyyət çəkmə­dən Cənnətə girənlərin kimlər olacağı barədə mübahisə etməyə başladı. Hərə bir fikir söylədi. Bu vaxt Peyğəmbər bayıra çıxıb dedi: "Nə­yə görə mübahisə edirsiniz? Onlar özlərinə ovsun oxun­masını tələb etməyən, hər hansı bir hadisəni uğursuz­luq əlaməti hesab etməyən, müalicə məqsədi­lə bədənə dağ basmayan və yalnız özlərinin Rəbbinə təvəkkül edən kimsələrdir". Bu vaxt Ukkaşə ibn Mih­san ayağa qalxıb dedi: "Allaha dua et ki, məni onlardan etsin!" Peyğəmbər dedi: "Sən onlardan­san!"..." (əl-Buxari, 5/2157; Muslim, 1/199).

Bəra ibn Azib deyir ki, mən Peyğəm­bərə ipək paltar hədiyyə etdim. Əshabələr əllərini paltara sürtüb onun yumşaqlığına təəccübləndilər. O dedi: "Bunun yumşaqlığınamı təəccüblənirsiniz? Halbuki Sə'd ibn Muazın Cənnətdəki dəsmalları bundan daha xeyirli və daha yumşaqdır". (əl-Buxari, 2/922; Muslim, 4/1916).

Rəvayət edilir ki, Harisənin anası Peyğəm­bərin yanına gəlib dedi: "Ey Allahın Elçisi! Harisə barədə mənə xəbər ver. O, Bədr döyüşündə ox yarasından ölmüşdür. Əgər o, Cənnətdədirsə, səbir edəcəyəm. Əks təqdirdə onun üçün ağlayacağam". Peyğəm­bər dedi: "Ey Harisənin anası! Oğlun cənnətdədir, özü də ən yüksək Firdovs cənnətində!"  (əl-Buxari, 3/1034).

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Raul · 10 Mart 21:58201

    Cəhənnəmdə yaşamağa öyrəşmişik.

    Cavab yaz
  • Anonim
    mən · 10 Mart 22:366214

    Nağıl danışma,a zikr.Boş- boş yazılarını saxla özünə.

    Cavab yaz
  • Anonim
    mən · 10 Mart 22:386513

    Müjdələnmiş zad yoxdur.Kim buna inanırsa, gəlsin,ona sübut edim ki, yalan söhbətdir.Kimin hünəri çatır gəlsin,kişi kimi müzakirə edək.

    Cavab yaz
  • Anonim
    mən · 10 Mart 22:49596

    Sələfilər iddia edirlər ki 10-nəfər Peyğəmbər (s) tərəfindən cənnətlə müjdələnib. Biz soruşuruq. Ey Sələfilər! Məgər sizin əqidənizə görə bütün səhabələr düş-danışan ədalətli deyillərmi? Buna görə də onlar avtomatik olaraq cənnət əhli sayılmırlarmı? Əgər belədirsə Peyğəmbərin (s) cənnətə gedəcəyi şəxslərin yenidən cənnətlə müjdələnməsi hansı məntiqə uyğundur? Məgər bu hədisi uyduraraq nəql edən bilmirdiki səhabələrin hamısı cənnət əhlidir?

    Cavab yaz
  • Anonim
    mən · 10 Mart 22:50554

    Həm də Tövbə 100, Fəth 18 ayələri dəlil gətirərək deyirsiniz ki mühacirlər və ənsarlar, ridvan ağacı altında beyət edənlər cənnətlə müjdələnib. Əgər belədirsə Peyğəmbər (s) onların cənnətlə müjdələnməsini bilmirdi ki? 10 nəfəri yenidən cənnətlə müjdələsin? Yox əgər bilirdisə Peyğəmbərin (s) cənnətə gedəcəyi şəxslərin yenidən cənnətlə müjdələnməsi hansı məntiqə uyğundur?

    Cavab yaz
  • Anonim
    mən · 10 Mart 22:52565

    Maraqlısı budur Sələfilərin uydurduqları "10 nəfər cənnət ilə müjdəlib" hədisində qeyd olunan 10 nəfərdən biridə Səd ibn Əbu Vəqqas dir. Sələfilərin Qurandan sonra ikinci kitab adlandırdığı "Səhih-Buxari" adlı kitabda elə "Səd ibn Əbu Vəqqas" nəql etdiyi bir hədisə nəzər salaq:

    Cavab yaz
  • Anonim
    mən · 10 Mart 22:53555

    Rəvayət edilir ki, Səd ibn Əbu Vəqqas (radıyallahu anhu) demişdir: “Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Ab­dullah ibn Səlamdan başqa yer üzündə gəzən heç bir kimsəyə: “O, Cən­nət əhlindən­dir!”– dediyini eşitməmişəm. Onun barəsində bu ayə nazil ol­muş­­dur: “De: “Bir deyin görək, əgər bu Qu­ran Allah tərəfin­dən­dirsə və siz də onu inkar etmi­si­nizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə şa­hidlik edib iman gətiribsə, siz isə tə­kəbbür göstər­misi­nizsə, zülm et­miş olmazsınızmı? Allah zalım­ları doğru yola yönəlt­məz! (əl-Buxari, 3812) /Əlixan Musayev "Səhih Buxari Müxtəsəri" , 63 Ənsarın tərifəlayiq xüsusiyyətləri kitabı, 13-cü fəsil. Abdullah ibn Səlamın (radıyallahu anhu) tərifəlayiq xüsusiyyətləri, 1565 nömrəli hədis./

    Cavab yaz
  • Anonim
    mən · 10 Mart 22:53555

    Ey Sələfilər! Sizdən soruşuruq "Səd ibn Əbu Vəqqas" Peyğəmbərin (s) özünü cənnətlə müjdələnməsini bilmirdi? )))

    Cavab yaz
  • Anonim
    mən · 10 Mart 22:55565

    Gah deyirsiniz bütün səhabələr cənnətlə müjdələnib, gah deyirsiniz ki Tövbə 100, Fəth 18 quran ayəsinə əsasən mühacir, ənsar, ridvan ağacı altında beyət edənlər cənnətlə müjdələnib, gah deyirsiz Peyğəmbər (s) 10 nəfəri cənnətlə müjdələyib, gah da 10 nəfərdən biri olan Səd ibn Əbu Vəqqas deyir ki yalnız Ab­dullah ibn Səlam cənnətlə müjdələnib. İndi hansına inanaq? Gəlin buna bir elmi cavab verin!

    Cavab yaz
  • Anonim
    mən · 10 Mart 22:55555

    Bir daha hədis uyduran zaman bu məsələlərə diqqət etməyinizi tövsiyyə edirik... © M.M

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.