Cəmiyyət

Cəhənnəm əhli ən çox nədən nalə çəkəcək?

10 Mart 2018 21:10
2 Şərh     Baxış: 1 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşlərini təxirə salmaq hər bir insana tanış olan bir sifətdir ki, şeytan (lən) tərəfindən insana təlqin edilər. Nəticədə insan ziyan çəkən olar.

İnsan deyər: Bu gün artıq gecdir, sabah edərəm.

Sabahdan namazımı vaxtında qılacağam.

Sabahdan artıq qeybət etməyəcəyəm.

Sabah filankəsdən halallıq istəyəcəyəm.

Sabah, sabah, sabah...

Milli.Az deyerler.org-a istinadən bildirir ki, nə çoxdur bu sabahlar! Halbuki, qəflətin nişanələrindəndir. İnsan unudur ki, əbədi deyildir, bir gün gələcəkdir ki, yerinə yetirməli olduğu işlərə görə həsrət çəkəcək, artıq o zaman gec olacaqdır. Geriyə qayıtmaq fürsəti olmayacaq və nalə çəkəcəkdir ki, bu naləni cəhənnəm əhlindən başqası eşitməyəcəkdir.

Şeytanın və nəfsi-əmmarənin əsil işi - tövbə və istiğfarı təxirə salmaqdır. Şeytan (lən) vəsvəsə edər: "Nə tələsirsən?! Hələ fürsətin vardır.Hələ cavansan. Qocalan zaman bu haqda düşünərsən".

Ancaq insan unudur ki, ölüm heç də ancaq qocalara aid deyildir. Əgər müasir zamana nəzər salsaq, görərik ki, statistikaya görə cavanların ölüm səviyyəsi qocalardan az deyil.

İmam Muhəmməd Təqi (ə) buyurur: "Tövbəni təxirə salmaq əslində bir növ aldanmaqdır. Bu gün və sabah etmək - tövbə üçün heyrətə səbəb olar. Allah qarşısında üzrxahlıq etmək həlakətə gətirib çıxardar. Günaha (günahı təkrar etmək) israr etmək - Allahın məkrindən bir növ rahat olmaq deməkdir. Ancaq ziyankar insanlar Allahın məkrindən rahat olarlar".

İmam Əli (ə) buyurur: "O kəslərdən olma ki, əməl olmadan axirətə ümid bəsləyərlər. Uzun arzularla tövbəni təxirə salarlar".

Günah sanki bir yara və xəstəlikdir ki, fürsət tapan kimi ondan xilas olmaq lazımdır. Cərrahi yolu isə tövbə və istiğfardır. Əks halda, canın təhlükəyə düşər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.