Cəmiyyət

Ruhi və əxlaqi xəstəliklərin qarşısını almaq üçün Qurandan tövsiyələr

10 Mart 2018 20:10
0 Şərh     Baxış: 784

İslam dini dəyərli təlimləri sayəsində şəxsiyyətli və ruhi sağlam olan insanlar tərbiyə edir. Çalışır ki, bu təlim zamanı rəzil əxlaqi sifətlərə yer qalmasın. Bu təlimin bir neçə nümunəsinə nəzər salaq.

1. "İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək, onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur". ("Bəqərə" 165).

Yəni, əgər insan qəlbində Allahın həqiqi qüdrət sahibi olduğunu dərk edərsə, o zaman qorxu üçün heç bir yer qalmaz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allahdan qeyrisindən heç bir zaman qorxmaz.

2. "Məgər bilmirsənmi ki, göylərin və yerin həqiqi mülkiyyəti, səltənəti və höküməti yalnız Allaha məxsusdur?! (Çünki hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun istəyindən asılıdır). Sizin Allahdan başqa heç bir başçı və yardımçınız yoxdur?!". ("Bəqərə" 107). Əgər insan dərk etsə ki, bütün varlıq aləmi Allahdan asılıdır, yerin, göyün tək hakimi ancaq Odur - zillət bu insana yol tapa bilməz.

3. "Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir. Və (dini vəzifələri yerinə yetirməkdə)səbir etmiş kəslərin çox gözəl əməlləri müqabilindəki mükafatlarını verəcəyik". (Nəhl" 96). Əgər insan dərk etsə ki, bu dünya fanidir və onda olanlar bir gün qurtaracaqdır, heç bir zaman hərislik və tamaha üz tutmaz.

4. "Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən)ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik". ("İsra" 70).

İnsan əgər başa düşsə ki, Allah ona dəyər verir və onu Özünün yer üzündə olan xəlifəsi seçmişdir - o, kamal yolunu seçər və özünü İlahi sifətlərə bürüməyə çalışar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.