Cəmiyyət

Mömin necə halda Sirat körpüsündən rahat keçəcək?

10 Mart 2018 19:10
3 Şərh     Baxış: 856

İmam Sadiq (ə) atası İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: "Allahın Rəsulu buyurur: "Sizdən Sirat körpüsündən keçən zaman qədəmləri ən möhkəm olan kəs - mənim Əhli-Beytimə daha çox məhəbbbəti olan kəsdir".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) İmam Əli ibn Hüseyn Zeynəlabidindən (ə) nəql edir, o da İmam Hüseynin (ə) belə buyurduğunu nəql edir: "Allahın Rəsulu (s) buyurur: "Mənim Əhli-Beytimə olan sevgi yeddi qorxulu vəziyyətdə faydalı olacaq: ölüm vaxtı, qəbirdə, diriləndə, əməl kitabı açılanda, haqq-hesab olunanda, əməllər tərəzidə ölçüləndə və Sirat körpüsündə"".

İmam Baqir öz ata-babalarından belə nəql edir: "Allah Rəsulu (s) İmam Əliyə (ə) müraciət edərək buyurdu: "Əgər qəlbində sənə qarşı məhəbbəti möhkəm olan mömin Sirat körpüsünü keçərkən bir ayağının sürüşdüyünü hiss etsə, digər ayağını Allah onu sənə qarşı olan məhəbbətinə görə Cənnətə daxil edənədək saxlayar"".

Allah bizi Əhli-Beytdən (ə) ayrı salmasın!

Peyğəmbərin (s) Əhli-Beytinə (ə) olan sevgi səbəb olar ki, Sirat körpüsündən rahat keçək, inşəAllah.

(Mənbə: Şeyx Səduq "Şiənin fəzilət və xüsusiyyətləri")

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Molla Sünniqulu · 10 Mart 19:1326

    İçkili halda

    Cavab yaz
  • Anonim
    Molla Sünniqulu · 10 Mart 19:1317

    Ya da sərxoş halda

    Cavab yaz
  • Anonim
    890 · 10 Mart 20:5500

    Ele ozune yaxsi nik secmisen, senin kimi hoqqabaz mollalar anaq bele axmaq axmaq danisar,,,,, cehenneme sunnisen

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.