Cəmiyyət

Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtə

10 Mart 2018 22:45
0 Şərh     Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhabələrdən bir nəfər nəql edir: "Peyğəmbərin (s) məscidinə daxil oldum və ancaq camaat namazında iştirak etmədim.

Həzrət Peyğəmbər (s) namazdan sonra mənə buyurdu: "Niyə camaat namazında iştirak etmədin?".

Dedim: "Bilmirdim ki, siz hələ namaz qılırsınız. Ona görə də namazı evdə qılmışdım".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) buyurdu: "Yenə də camaatla qıl, baxmayaraq ki, evdə qılsan belə".

Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtə:

1. Camaat namazında iştirak etmək hamı üçün müstəhəbdir, xüsusilə də məscidlə qonşu olanlar üçün.

2. Müstəhəbdir ki, insan səbir etsin və namazını camaatla qılsın.

3. Camaat namazı əvvəl vaxtda qılınmasa da, əvvəl vaxtda qılınan fərdi namazdan daha yaxşıdır.

4. Qısa qılınan camaat namazı, uzun qılınan fərdi namazdan daha yaxşıdır.

5. O zaman ki, camaat namazı qılınar, müstəhəbdir ki, hər kim namazını fərdi şəkildə qılmışdır, yenidən camaatla qılsın.

6. Camaat namazını etinasızlıq və ya onu yüngül hesab üzündən tərk etmək caiz deyildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.