Cəmiyyət

Möminin can vermək halı – bunu asanlaşdıran və çətinləşdirən amillər

10 Mart 2018 21:45
0 Şərh     Baxış: 1 125

İmam Sadiq (ə) buyurur: "Mömin ölən zaman gözü yaşla dolar. Bu, o vaxtdır ki, gözü Peyğəmbərə (s) dəyər. Məgər siz görməmisiniz ki, illərlə məhbubunu görməyən kəsin gözü, ona (məhbubuna) dəyərsə, özündən ixtiyarsız göz yaşı tökər?".

Mübarək dinimizin buyuruşlarında gəlib ki, xəstəlik, ehtiyaclılıq - möminin günahlarının kəffarəsi olduğu kimi, rifah və sağlamlıq da qeyri-möminin yaxşı əməlinə görə mükafatı ola bilər. İmam Baqir (ə) buyurub: "Allah Təala bir bəndəyə hörmət etmək istəyəndə həmin bəndənin günahları olsa, onu xəstəliyə düçar edər. Əgər belə etməsə, yoxsulluq və ehtiyaca düçar edər və əgər bunu da etməsə, canını alan zaman onu çətinliyə salar. Amma bir bəndəni xar və hörmətsiz etmək istəsə və onun Allahın yanında yaxşı işləri olmuş olsa - ona sağlam can verər. Əgər belə etməsə, onun yaşayışını rahat və rifah içərisində edər və əgər bunu da etməsə - ölümü onun üçün asanlaşdırar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, eyni zamanda, sileyi-rəhm kimi əməl ölümü asanlaşdırar, hətta təxirə də salar. İmam Hadi (ə) buyurub: "Allah Təala Musa ibn İmranla (ə) danışanda Musa (ə) ərz etdi: "Sileyi-rəhm edənin mükafatı nədir?". Allah buyurdu: "Ey Musa! Onun ölümünü təxirə salaram, can verməyin çətinliklərini onun üçün asanlaşdıraram"".

Bununla yanaşı, dinimiz cəhənnəm atəşindən xilas edən əməlləri də tanıdıb. Bunların arasında Allah xofundan ağlamaq xüsusi yeri tutur. İmam Hüseyn (ə) buyurur: "Allah qorxusundan ağlamaq - cəhənnəm atəşindən nicatdır".

Allahın Peyğəmbəri (s) buyurub: "Xoş o üzün halına ki, etdiyi və heç kəsin xəbəri olmayan günahına görə Allah qorxusundan ağlayan halda Allah ona baxır".

Allahın Peyğəmbəri (s) buyurmuşdur: "Kimin gözündən Allah qorxusundan bir milçək boyda yaş çıxsa, Allah "Böyük qorxu" günündə onu qorxusuz edər".

İmam Əli (ə) buyurmuşdur: "Gözlərin ağlaması və qəlblərin qorxması - adı uca olan Allahın rəhminin nişanəsidir. Bu ikisini özünüzdə tapan zaman dua etməyi qənimət bilin".

İmam Əli (ə) buyurmuşdur: "Allah qorxusundan ağlamaq - rəhmətin açarıdır".

İmam Əli (ə) buyurmuşdur: "Allah qorxusundan ağlamaq qəlbi nuraniləşdirir və günaha adət etməkdən qoruyur".

İmam Səccad (ə) buyurub: "Heç bir damcı Allah yanında bu iki damcıdan - Allah yolunda tökülmüş qan damcısından və gecə yarısı Allaha görə tökülən göz yaşı damcısından əziz deyil".

Allah qorxusundan ağlamaq - Qiyamət günü ağlamayan gözlər sırasında təkidlə göstərilir. İmam Baqir (ə) buyurub: "Qiyamət günü üç gözdən - Allah yolunda gecə yatmamış gözdən, Allah qorxusundan ağlamış gözdən və Allahın haram buyurduqlarına baxmamış gözdən başqa bütün gözlər ağlayacaq".

Allah qorxusundan ağlamaq insana o qədər güclü müsbət göstərir ki, dinimizin böyükləri hətta özünü buna məcbur etməyi də tövsiyə edirlər. İmam Sadiq (ə) buyurub: "Əgər ağlamağın gəlmirsə də, özünü ağlamağa vur. Əgər gözündən milçəyin başı boyda yaş çıxsa, xoş halına!".

Bu baxımdan, ağlamayan göz - bədbəxtiyin amilləri arasında göstərilib. Allahın Peyğəmbəri (s) buyurub: "Bədbəxtliyin əlamətləri bunlardır: ağlamayan göz, daşgəlblilik, ruzi istəməkdə çox hərislik etmək və günaha israrlı olmaq".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.