Cəmiyyət

Günün qoroskopu: emosiyalara əsir düşməyin

15 Mart 2018 00:01
26 Şərh     Baxış: 10 603

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - qarışıq, laübəli zamandır. Təəssüratlar və hisslər burulğanında çaş-baş qalmayın. Görüşlər, müzakirələr çox ola bilər. Faktları ehtimallar, sonucları gümanlarla əvəzləməyin. Hadisələrin bundan sonrakı inkişaf məcrasını təxminləməyə çalışın.

Günün ikinci yarısında intuisiyanıza güvənin, emosiyalara qapılmayın. Yaşam sizə önəmli həll variantını təklif edir. Tələsik qərarlar verməyin. Axşam saatlarında yaşanan günün və prosesləri təhlil edin. Yaxşı düşünsəniz, çətin problemin həllini tapa bilərsiniz.

Buğa - sərfəli və mənfəətli işləri başqalarına həvalə etməyin. Peşəkar fəaliyyət müstəvisindəki ambisiyalarınız həddən ziyadə olmamalıdır. Ailənin maraqları və yaxınlarınızla münasibətlər daha çox diqqət tələb edir. Bir əldə iki qarpız tutmaq mümkün deyil. Təmkinli, soyuqqanlı olun. Problemlərin optimal həll yolunu arayın.

Günün ikinci yarısında unudulmuş əlaqələr və təmaslardan bəzilərini bərpa etmək olar. Sevdiyiniz insanın könlünə yatan addımlar atın. Stressi yeməklə azaltmaq olmaz. Rasionu dürüst seçin.

Əkizlər - günün ilk yarısında hadisələrin gedişatında ləngimə, astagəllik hiss olunacaq. Başqalarının pulları ilə risk etməyin. Kredit götürməyin, borc verməyin.

Borclarınız varsa, onları qaytarın. Mühüm saydığınız informasiyanı göndərin. Ətalətli və süst olmayın.

Müşkül problemin həlli asan olmayacaq. Mürəkkəb həll və ya məsuliyyətli qərar tələb etməyən monoton fəaliyyəti seçin. Axşam saatlarında sənəd imzalamaq məsləhət deyil.

Axşam saatlarında normal istirahət edin.

Xərçəng - ailənizin maraqlarını ani tanışlarınızın mənafelərinə qurban verməyin. Yaxınlarınıza dəstək olun, qohumlarınıza kömək edin. Ən mühüm məsələlərin həllinə yetərincə vaxt ayırın. Cari hadisələrin axınını dəyişməyin.

Günün ikinci yarısında maddi və formal sonuc əldə etməyə çalışın.

Bələd olduğunuz insanla görüşün, müzakirələr aparın. Yaradıcılıq sizdə məmnunluq hissi yaradacaq.

İmpulslara aldanmayın. İstədiyiniz yox, gərəkli işlə məşğul olun.

Şir - maliyyə məsələri, hesabatlar və ödənişlərdə diqqətli olun. İmpulsiv qərarlar verməyin. İşlə bağlı nigaranlıq, maliyyə perspektivlərinin tam aydın olmaması sizi təbdən çıxarmamalıdır. Müzakirələri konstruktiv məcraya yönəldin.

Yarımçıq qalmış işi bitirin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda sakit, soyuqqanlı, təmkinli olun. Dedi-qodular və şayiələri dəstəkləməyin. Əks halda anlaşılmazlıq və inciklik yarana bilər. Şəxsi münasibətlərdə yeni intriqa yaranacaq.

Ən kiçik məsələ sevdiyiniz insanla təmaslarla küskünlük yarada bilər.

Qız - günün ilk yarısı gərgin dönəmdir. Yaşananlara ifrat aqressiv, sərt reaksiya verməyin. Heç nəyi mürəkkəbləşdirməyin. Yarımçıq məsələlərin mahiyyətini anlamaq üçün tələsməyin. İntuisiyanız güclənsin. Orijinal ideyalar, problemlərin həllinin alternativ yolları istisna deyil.

Günün ikinci yarısında çətinlikləri aradan qaldırmaq üçün maksimal dərəcədə aktiv olun. Sizinlə eyni işlə məşğul olan insanlarla qarşılıqlı mübadilə faydalı tapıntılar verəcək.

Bəzi ideyaların reallaşmasını təxirə salın. Gərginliyi yaratdığı yorğunluq və stress ən təcili, təxirəsalınmaz işlərdə ləngimələrə səbəb ola bilər.

Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi - uzaqgörən olun, rəqiblərin addımlarının və qərarlarının heç olmasa, bir qismini əvvəlcədən təxminləməyi bacarın. Sağlam məntiq çərçivəsində hərəkət edin. Emosiyalara uymayın. Situasiyanın mürəkkəbliyini və birgə fəaliyyət göstərdiyiniz insanların hisslərini instiktiv anlayın.

Vəd etdiyiniz işi görün, yaxınlarınızı aldatmayın. Etibar etdiyiniz insanlarla işləyin.

Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Yalan, izafi xərclər riski var. Axşam saatlarında uzaq məkana yollanmayın.

Əqrəb - yeni məqsədlər və hədəflər bəlirləmək üçün əlverişli zamandır. Niyyətlərinizdə ardıcıl olun. Bir işi başa vurmamış başqasına başlamayın. Eqoizm, təşəxxüs, başqalarının fikirlərinə və mövqelərinə sayğısızlıq baha başa gələ bilər. Emosiyalar əlaqələrə əsla təsir etməməlidir.

Günün ikinci yarısında hisslərə qapılsanız, işlərinizdə problemlər yaranacaq. Məşğul olduğunuz işə kənar təsiri minimuma endirin. Özünüzün və yaxınlarınızın təhlükəsizliyini təmin edin. Axşam saatlarında şəxsi münasibətlərdə gərginlik yarana bilər.

Oxatan - sizi aldatmağa, fırıldaq gəlməyə çalışacaqlar. Sadəlövh olsanız, problemlərlə qarşılaşacaqsınız. İntriqalara, müzakirələrə, dedi-qodulara qatılmayın. Şayiə daşıyıcıları olmayın.

Yaranmış problemi tələsmədən təhlil edin. Çıxış yolunu tapa bilərsiniz.

Günün ikinci yarısında əhəmiyyətli xəbər həmişəki mənbələrdən gəlməyəcək. Ətrafınızda formalaşmaqda olan prosesləri diqqətlə müşahidə edin. Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın.

Ev işlərini başa vurun. Valideynlərlə təmasda olun. Axşam saatlarında səhhətinizin qeydinə qalın.

Oğlaq - günün ilk yarısı dərin emosional sarsıntılar vəd edir. Qüvvə və enerji çatışmazlığı hiss edə bilərsiniz. Yalnız cari məsələlərin həlli ilə məşğul olun.

Yeni işlərə başlamaq üçün münasib zaman deyil. Çalışdığınız yerdə, işlədiyiniz kollektivdə yeni intriqa başlanır. Çoxdan gözlədiyiniz olay yaşana bilər. Amma bu hadisə birmənalı deyil.

Günün ikinci yarısında malik olduqlarınızı dəyərləndirin, hadisələrə süni təkan verməyin. Axşam saatlarını sevdiyiniz, dəyər verdiyiniz insanlara həsr edin. Ev işləri ilə məşğul olmaq mümkündür.

Dolça - ədalətsizlik və haqsızlıqla qarşılaşmağa hazır olun. Adi günlərdən fərqli olaraq hissiyyatlı davranış incikliklər yarana bilər. Tənbəllik etməyin, hər şeyi atıb getmək hisslərindən uzaq olun.

Praqmat olun. Emosiyalara əsir düşməyin.

Günün ikinci yarısında yaxınlarınızla birlikdə çalışmaqda xeyir var. İnsanların gur olduğu tədbirə qatılmayın. Müstəqil fəaliyyət daha məhsuldar olacaq.

Yaşlı qohumlarınıza diqqət ayırın.

Axşam saatlarında həssaslığı unutmayın.

Balıqlar - çalışdığınız və ya oxuduğunuz kollektiv üçün xas problemlər sizi də narahat edəcək. Yaşanan olaylardan kənar qalmağa çalşısanız da, bu mümkün deyil. Gərgin, emosional situasiyaya rəğmən təmkinli davranın.

Günün ikinci yarısında hadisələrə süni təkan verməyə lüzum yoxdur. İşlər rəvan şəkildə davam edəcək.

Yaxınlarınızla münasibətlərinizdə diqqətli, məsuliyyətli olun. Şəxsi təmaslarda önəmli qərar qəbul etmək olar. Vədlərinizə əməl edin. Yorulsanız da, sözlərinizin sahibi olun.
 

Milli.Az

loading...

Şərh yaz:

26 Şərh:

  • Anonim
    Molla baci · 15 Mart 07:3401

    Salam sabahıniz xeyir gunumuz uğurlu,bereketli olsun

    Cavab yaz
  • Anonim
    Ayinka · 15 Mart 08:1010

    Haminizi salamlayiram,her seheriviz ugurlu olsun hamiliqla bir yerde

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1301

    ➽Gününüz Xoş.➽Bərəkətli.➽Pozitiv.➽Şən.olsun İnşallah

    Cavab yaz
    • Anonim
      Nurlana · 15 Mart 09:2802

      Seninde. Eli hava sehifesinde salam verirem salamimi almirsan kusmusen mennen?

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 15 Mart 10:1002

        Çox sağol bacı caan..Bıyy nə vaxt??

        Cavab yaz
        • Anonim
          Nurlana · 15 Mart 10:4603

          Bacin saa qurban ay Eli yadimnan cixib ayin necesi idi amma yazdim necesen? Sen cavab yazmadin mende agladim

          Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1401

    BÜRCLƏR HAQQINDA---✹✹-460-✹✹cı BÖLÜM---Əsəbləşərkən bürclər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1402

    ✹-QOÇ-✹Saçıyla oynayar

    Cavab yaz
    • Anonim
      Nurlana · 15 Mart 09:2002

      Duzdur))

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 15 Mart 10:1001

        Hmm.

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1502

    ✹-BUĞA-✹ Məqsədizcə gəzər

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1501

    ✹-ƏKİZLƏR-✹Özünü tənqid edər

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1501

    ✹-XƏRÇƏNG-✹Titrəmə gələr

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1501

    ✹-ŞİR-✹ Dodağını dişlər

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1601

    ✹-QIZ-✹Yerində dura bilməz

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1601

    ✹-TƏRƏZİ-✹Yürüşə çıxar

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1601

    ✹-ƏQRƏB-✹Yüksək səslə söyər

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1711

    ✹-OXATAN-✹Qəhqəhə atar

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1701

    ✹-OĞLAQ-✹Əhəmiyyət verməz

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1712

    ✹-DOLÇA-✹Səsiz Qalar

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 Mart 09:1800

    ✹-BALIQLAR-✹Dərin nəfəslər alar

    Cavab yaz
  • Anonim
    Nurlana · 15 Mart 09:2603

    Fotodan 2 shekil menim 3shekilde askimin)))

    Cavab yaz
  • Anonim
    asi · 15 Mart 09:2833

    Gözümün görə biləcəyi uzaqlığa qədər görə bilirəm.Ondan o tərəfə binokl lazımdı artıq)).

    Cavab yaz
    • Anonim
      ƏSİ... · 15 Mart 11:5510

      Salam asi:)Necəsən???Necə oldu əmin oğlu?Hər şey yaxşıdımı???

      Cavab yaz
      • Anonim
        asi · 15 Mart 23:0700

        Axşamın xeyir Əsi..Ancaq indi girmək imkanım oldu bura)..Hə şükür yaxşı olur yavaş-yavaş..Srağagün 6 saatlıq ağır əməliyyat keçirdib..Indi reanimasiyadan palataya keçirdiblər, hələ ki, çox yaxşı deyil, amma həyati təhlükəsini atlatdı, hər gün biraz irəliləyiş var..

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.