Cəmiyyət

Günün qoroskopu: maraqlarınızı ikinci dərəcəli saymayın

13 Mart 2018 00:01
51 Şərh     Baxış: 14 217

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - ötənlərdə baş vermiş hadisələrdən biri indi sizi ciddi narahat edəcək. Qordi düyünü təsiri bağışlayan çətinliyi həll etməyə başlayın. Gərəkli sonuc əldə edilənədək çalışın. Yeni işə başlamayın: problemlər heç az deyil.

Günün ikinci yarısında bilik, bacarıq və imkanlarınızı nümayiş etdirin. Maraqlı təkliflər eşidəcəksiniz.

Uzaqdan mühüm məlumat alacaqsınız. Sualınızı cavablayacaq insan özü də bilmədən mübhəm məqamlardan birini aşkarlayacaq.

Buğa - maddi perspektivlərinizi dəqiqləşdirin. Sərfəli olmayan, mənfəət vəd etməyən işləri dayandırın. Çoxlu qüvvə və vaxt tələb edən, amma əvəzində kiçik irəliləyiş perspektivlərinə malik prosesdən kənara çəkilin. Borcu qaytarsalar və ya gəlir əldə etsəniz, pulları xərcləməyə tələsməyin.

Günün ikinci yarısı asılılıq, köhnə əşyalar və ya mənasız əlaqələrdən qurtulmaq, yaşamınızda yük olan nəsnədən uzaqlaşmaq zamanıdır. Yeni dəyərlər əldə etmək həmişə yaxşı olmur.

İntuisiyanıza qulaq asın. Ailə üzvlərinə təzyiq göstərməyin. Pressinq zamanı deyil.

Əkizlər - ziddiyyətlər və əkslikləri, fikir ayrılıqları və tərəddüdləri ağır problemlər saymayın. Mövqelərinizin dayanıqlı olmasına çalışın. Fəaliyyətinizin effektivliyinin dayanıqlı olması üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var.

Qüvvələrinizin artımından yararlanıb ciddi üstünlüklər əldə etmək üçün qətiyyətli olun.

Ruhdan düşməyin, əsla geri çəkilməyin.

Günün ikinci yarısında emosiyalara aldanaraq düşünülməmiş qərar verməyin. Təsadüf olmayan "təsadüf" yaşana bilər. Həyat sizi seçim qarşısında qoyursa, praqmat olun. Təzyiqlərə sinə gərin.

Xərçəng - eyni vaxtda bir neçə işlə məşğul olsanız, mövqelərinizi itirə bilərsiniz. Maraq dairənizi bir qədər məhdudlaşdırın. Bütün işləri başa çatdırmaq mümkün deyil. Xəyallara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan birinin şirin vədlərinə aldanmayın.

Günün ikinci yarısında işlərdə irəliləmək üçün yeni ideyalara ehtiyac var. Planlarınızı reallaşdırmaq üçün sınanmış metodlardan istifadə edin. İntellektual fəaliyyətlə yanaşı, fiziki işi də unutmayın.

Axşam saatlarında normal istirahət etmək olar.

Şir - ikinci dərəcəli məsələlərin pərdələdiyi əsas məqamı görməyə çalışın. Ümumi ab-hava gərgindir. Ətrafdakı insanlar arasında münaqişələrin yaranması istisna deyil. Reaksiyanız sərt olmasın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Başqalarını anlamağa can atın.

Günün ikinci yarısında önəmli məsələnin həllində kreativ olun. Çoxlu iş görə bilərsiniz. Ailə üzvləri ilə təmaslarda iradları unudun. Tənqidi ertələyin. Səhhətinizə fikir verin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Qız - məqsədlərinizlə məramlarınız dəyişə bilər. Qarşınıza qoyduğunuz hədəfə çatmaq üçün güc, vasitə və ya gərəkli insanların diqqəti yetərsizdir. İndi nəyisə yenidən təşkil etmək çox çətindir. Hadisələr planlaşdırdığınız kimi inkişaf etmirsə, narahat olmağa dəyər.

Günün ikinci yarısında taktikanızı dəyişin. Planlar yeniliklər tələb edir. Hisslərinizdə qarışıqlıq yaratmayın. Cari situasiyanın çərçivəsində hərəkət edin, aktivlikdə ifrata varmayın. İşgüzar əlaqələriniz və şəxsi münasibətlərinizin olduğu insanlarla qayğıkeş olun.

Tərəzi - uzaqgörən olmağa çalışın. Gərgin situasiyaya rəğmən sağlam məntiq çərçivəsində hərəkət edin. Durumun çətinliyini instiktiv olaraq anlayın. Çalışdığınız insanların emosional durumunu qulaqardına vurmayın.

Tapşırıq və öhdəliklərlə bağlı yalnış mövqe tutmayın. Yaxın ətrafınızdakı insanların istədiklərini yox, zərurət duyduğunuzu edin. Etibar etdiyiniz insanlarla işləyin. Dözümlü, səbrli olun. Axşam saatlarında maliyyə məsələlərində sayıqlıq lazımdır.

Yalanlar artır.

Əqrəb - cari işlərlə məşğul olun, köklü və önəmli yeniliklərlə bağlı tələsik qərar verməyin. İlk baxışda görünməyən təfərrüatlara fikir verin. Yaxın ətrafınızdakı insanların davranışlarını nəzərdən qaçırmayın. Mühüm informasiya nüanslardadır.

Günün ikinci yarısında maliyyə risklərinə, avantüralara başlamayın. Yaxşı tanımadığınız insanlara inanmayın. Nüfuzunuza zərbə vura biləcək situasiyaya düşə bilərsiniz. İntriqa ustalarından biri sizə qarşı məkrli plan hazırlayır.

Hadisələr anlamadığınız ssenari üzrə inkişaf edir.

Oxatan - yaxın ətrafınızdakı insanların emosional durumunu nəzərə alın. Yeni münasibətlər və tərəfdaşlıq formatı yaratmaq olar. Harada səhv etdiyinizi anlamağa çalışın. Şəxsi münasibətlərdə təəssüf, pərişanlıq yarana bilər. İnciklik, vida, ayrılıq istisna deiyl.

Məişət işlərində travma, zədə, yanıq riskləri artır.

Günün ikinci yarısında bir işi yarımçıq qoyub başqasına başlamayın. Mühüm məsələ ilə bağlı fikrinizi qəflətən dəyişməyin. Hadisələrə təsir imkanlarına malik şəxslə təmasları aktivləşdirin. Sizi harasa dəvət edirlərsə, bu, xərclərlə bağlıdır.

Emosiyalara uymayın.

Oğlaq - əldə etdiyiniz nəticələri diqqətlə nəzərdən keçirin. Qeyri-məhsuldar işlə məşğul olduğunuzu görsəniz, təcili qərar qəbul edin. Önəmli istiqamətdə uğur qazanmaq üçün imtina etməyiniz gərəkən məqamları seçin.

Günün ikinci yarısı təşəbbüskar olmaq, yeni işlərə başlamaq, tələskənlik etmək, zərurət olmayan yerdə aktivlik etmək gərək deyil. Daxili narazılıq münasibətləri partlayış həddinə çatdıra bilər. Proseslərin ənənəvi axarını pozmamaq üçün müdrik olun.

Yaxın gələcəyinizi diqqətlə planlaşdırın.

Dolça - günün ilk yarısı böyük səylər və diqqətin əsas işə yönəldilməsini tələb edir. Cari proseslərdən kənarlaşaraq şəxsi maraqlarınızın təminatı üçün asudəlik aramayın. Gərəkli işi vaxtında görməmək riski yaratmayın.

Günün ikinci yarısında problemin həllinin fərdi axtarışları ilə müqayisədə kollektiv müzakirələr daha faydalıdır. Maraqlandığınız məsələ ilə bağlı durum dumanlıdır. Mövqelərinizin təhlükəsizliyini təmin edin. Maddi dəyərləri qoruyun. Münasibətlərdə heç nəyi korlamayın.

Balıqlar - başqalarının mənafelərini üstün tutaraq öz maraqlarınızı ikinci dərəcəli saymayın. Yaşamınıza müdaxilə edən hadisələr və proseslər sizi təbdən çıxarmamalıdır. Ehtiyatı əldən verməyin, məntiqli davranın. Gərginlik paradoksal olsa da, işlərinizdə irəşliləyişlərə səbəb olacaq.

Günün ikinci yarısında qeyri-müəyyənlik yükündən qurtulacaqsınız. Hisslərin əsarətinə düşməyin. Maraqlara yenidən baxmaq, istiqamətləri təhlil etmək üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı təmasları artırın.

Seçim edin, üstünlükləri qiymətləndirin.

Milli.Az

loading...

Şərh yaz:

51 Şərh:

  • Anonim
    Esra ibrahimli(Samaxi) · 13 Mart 00:01612

    3-cu cersenbenizde mubarek olsun

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 13 Mart 06:3506

      Sizinle bahem prensess

      Cavab yaz
    • Anonim
      Nurlana · 13 Mart 08:4806

      Seninle bahem canim

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli(Samaxi) · 13 Mart 09:1907

        Canlarim Nurlana Harlnpasa cox saq olun.

        Cavab yaz
        • Anonim
          Nurlana · 13 Mart 09:2505

          Sende sag ol var ol canim menim

          Cavab yaz
  • Anonim
    Esra ibrahimli(Samaxi) · 13 Mart 00:03514

    Status- Muharibeye getmek evlenmekden yaxshidi Ya Şəhid olursan ya qalib Evlenende ise özüvü Şəhid edirsen amma şəhid olmursan !!!!

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 13 Mart 06:3706

      )))))))))))))))))))

      Cavab yaz
    • Anonim
      Nurlana · 13 Mart 08:4915

      Likee

      Cavab yaz
  • Anonim
    Tural · 13 Mart 00:0463

    Gecəniz xeyr necəsiz Dostlar hardasız bələ Hmm?

    Cavab yaz
  • Anonim
    qayğı keş ana · 13 Mart 00:1021

    Her birimizin gunu aydın olsun

    Cavab yaz
  • Anonim
    K1 · 13 Mart 00:3691

    Ustad Şəhriyardan: Sən axı bilmirsən üzünnən irağ –it kimi darıxmağ nə təhər olur...Sən axı bilmirsən sənin yoxluğun hamıdan, hər şeydən beş-betər olur. Sən axı bilmirsən əlim qurusun – sənə açmadığım zəng zəhər olur... Günəş zəhər olur, gün zəhər olur, yağış zəhər olur, yol zəhər olur, bir qurtum arağla bir siqaretlə uzanır gecələr taa... səhər olur. Sən axı bilmirsən hardan biləsən üzünnən irağ – it kimi darxımağ nə təhər olur...

    Cavab yaz
    • Anonim
      Əsranur · 13 Mart 09:4226

      Gözəldir...

      Cavab yaz
      • Anonim
        Əsranur · 13 Mart 10:3354

        Öz adınla,ÇÖMÇƏQUYRUĞ!!!!

        Cavab yaz
    • Anonim
      // · 13 Mart 09:5413

      Məncə səhv yazdiz.Ustad Şəhriyar yox Şəhriyar del gerani.Tşk.

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:1312

    Arkadaşlar) :) mutlu bir gün olsun YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK OLSUN.

    Cavab yaz
    • Anonim
      Nurlana · 13 Mart 09:1804

      Seninle arkadashim

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:3526

        Canisi Ali hocam seninde bayramin mutlu olsun guzel olsun

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:1301

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~...458...~✭.✭.✭-ci BÖLÜM --Bürclərin gizli silahları

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:1411

    QOÇ -Onlar ətrafdakıları asanlıqla özlərinıə cəlb edə bilirlər.Qoçların xüsusi xarizmaları olur ki, bu da onları daha cazibdar edir.

    Cavab yaz
    • Anonim
      Nurlana · 13 Mart 09:1814

      Dup be duzzzz

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:2105

        Dubbeduz tamamile

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:1502

    BUĞA -Bu bürcün ən güclü tərəfləri xeyirxah olmalarıdır.Buğa bürcünün insanları konfliktlərdən davalardan və bütün pisliklərdən uzaq olur.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:1612

    ƏKİZLƏR -Çoxları bu bürcün nümayəndələrinə həsəd aparır. Onların həyatda hər işləri asan başa gəlir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:1812

    XƏRÇƏNG -Bu bürcün insanlrı ətrfdakılar və ailədəki insanlara bağlı olur.Xərçəng bürcünün adamları üçün ailə hər şeydən əvvəl gəlir.Onlar hər şeyə diqqətlə yanaşırlar.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:2216

      Tamamile doqrudu(Xercengimin biricik Esrasi)

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:1911

    ŞİR -Eqoist olurlar və insanlar üzərində idarətetməni xoşlayırlar. İstədikıləri hər şeyi əldə edirlər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:2004

    TƏRƏZİ -Tərəzi bürcünün insanları ətrafdakılrla ünsiyyətə girməyi xoşlayır və ətrafdakəıları özlərinə cəlb edə bilirlər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:2202

    ƏQRƏB -Onların ətraflarında çoxlu düşmənləri olur, amma, əqrəblər asanlıqla düşmənlərini tora sala bilirlər. Onlarda intiqam hissi güclü olur.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:2322

    OXATAN -Oxatan bürcünün adamları bütün gözəllikləri özlərində cəmləşdirmiş olurlar.Onların həm daxili, həm də xarici aləmləri gözəl olur və harmonik olurlar.

    Cavab yaz
  • Anonim
    asi · 13 Mart 09:2380

    Hər bahar gələndə kövrəlirəm mən..Qaçıb kəndimizə getməyim gəlir..Yaşıl yamaclarda rəngbərəng bitən.Güllər arasında itməyim gəlir.Ensiz cığırlarda yıxılım, durum..Toz torpağı üst başıma bulaşsın.Otları yollardan əlimlə yolum.Sarmaşıqlar ayağıma dolaşsın..Çadır qurub evimizin yerində, Bircə gecə qonaq qalım Vətəndə..Dərim itburnunu, kəklik otunu, Çay dəmləyim, süfrə salım Vətəndə..At çapıb yaylağa çıxım Vətəndə, Əsən yellər tumarlasın telimi..Gül-çiçək yox, qanqal dərim Vətəndə, Gicitkanlar dalasınlar əlimi..Ziyarət eliyim qərib Atamı, Üzümü söykəyim solmuş şəklinə..Süzülsün göz yaşım, axsın qarışsın, Həsrətdən gözləri dolmuş şəklinə..Hər bahar gələndə kövrəlirəm mən..Qaçıb Vətənimə getməyim gəlir..Hamının Çərşəmbəsi mübarək..Təbrik edirəm, hər birinizi...

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:33510

      Likeeee)) Seiri oxuya oxuya tesevvursuz mumkun deyil .Cox saq ol.

      Cavab yaz
      • Anonim
        asi · 13 Mart 10:3631

        Sən də sağ ol)

        Cavab yaz
    • Anonim
      Asi xanima · 13 Mart 09:3661

      canim salam,senin de bayramini tebrik edirem,yazan ellerin var olsun,gozel tebrik idi.

      Cavab yaz
      • Anonim
        asi · 13 Mart 10:2451

        Təşəkkür).. sənin də oxuyan gözlərin var olsun)..

        Cavab yaz
    • Anonim
      asiye · 13 Mart 09:4347

      esranur qorosqopu beyemirdi üç gundu yatib burda hii?

      Cavab yaz
      • Anonim
        Əsranur · 13 Mart 10:3534

        Ay sən öləsən...İndi girdim bura.Asi,super.

        Cavab yaz
    • Anonim
      asiyə · 13 Mart 09:4843

      Səhər-səhər aglatdın məni.

      Cavab yaz
      • Anonim
        asi · 13 Mart 10:2340

        Bu şeirə Əminə Yusifqızın səsində qulaq asın, çox gözəldi)..

        Cavab yaz
        • Anonim
          asiyə) · 13 Mart 10:3650

          Yazdıgını oxumagım bəs elədi. İki dəfə oxudum əzbər yadımda qaldı.Sag ol.

          Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:2401

    OĞLAQ -Oğlaq bürcünün adamları qapalı adamlar olurlar.Onların ağıllarında, fikirlərində nələr olduğunu təyin etmək mümkün olmur.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:2704

      Bu da duzdu (Oqlakin biricik balasi Esra)

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:2702

    DOLÇA -Dolça bürcünün insanları istedadlı və qabiliyyətli olurlar.Onların yeganə çatışmazlıqları təmbəllikləridir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Mart 09:2702

    BALIQLAR -Balıqlar bürcünün silahı onların güclü olmalarındadır. Balıqlar çox həssas və daxili gücə malik adamlar olurlar.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli(Samaxi) · 13 Mart 10:2258

    Bayram gunu uqur arzuladiqim 1-ci serhime Dislike veren ermenidi qaninda qatilmishdiq var Ona gore qinamiram ele adindan da ermeni adina oxshuyur yani niki sirf ermeni nikidi Allaha and olsun bilirem de kimdi

    Cavab yaz
    • Anonim
      Salam/d · 13 Mart 21:3702

      Əsra Xanim mindən sizə layk.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 Mart 00:0301

        Cox saq ol

        Cavab yaz
  • Anonim
    Xacmaz. · 13 Mart 11:0302

    Salam,sabahiniz xeyirli,gunleriniz ugurlu,caniniz saglam olsun,insaAllah.Sizinle yeniden bir yerde olmaq cox gozeldi.Coxdan idi hec serhlerinizi oxumurdum.Kohnelerden tekce Esra ve Eli qardasim var.Ikinize de Xacmazdan atesin salamlar.Esra yene birinci,cekemeyenlere inad,Eli de oz proqnozlari ile super.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Mart 11:1734

      Xacmaz-Salam canim cox saq ol seninde bayramin mubarek gunun de uqurlu olsun Menden de Xacmaza selamlarrrr

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 13 Mart 12:0301

    Əli bəyə - Bürclərə fikir söyləməkdə diqqətli olun. Əkizlər bürcüyəm işlərim heçdə asan başa gəlmir.

    Cavab yaz
  • Anonim
    Milli.az · 13 Mart 13:4710

    Salam Aleykum.

    Cavab yaz
    • Anonim
      $.$.$. · 13 Mart 19:0213

      Əleykum salam. Yel cərşənbəniz mubarək olsun .Azərbaycan xalqının duşmənləri zəlil dostları var olsun! Sufrə başında oturan valideynlərimizə bacı qardaşlarımıza baba nənələrimizə Allahdan can saqlıqı xoş gunlər arzulayıram. hörmətli şərhcilər Sizi də xususi salamlayıb cərşənbə axşamınızı təbrik edirəm. şərhlərimi gah verən gah da verməyən Moder qardaşımızın da cərşənbəsi mubarək olsun!

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.