Cəmiyyət

Günün qoroskopu: əmin olmadığınız işləri təxirə salın

12 Mart 2018 00:01
47 Şərh     Baxış: 15 125

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - gərgin situasiya sizi sınağa çəkir. Təmkinli davranın. Fəaliyyət prosesində ənənəvi çərçivələrdən kənara çıxmayın. Tərəfdaşlarınızın da aktiv işləmələrinə şərait yaradın.

Yaşam arealını qaydaya salın.

Günün ikinci yarısında problemlərin mahiyyətinə varın, sizin rahat yaşamınıza mane olan məsələləri aşkarlayın. İfrata varmayın, neqativ emosiyalara qərq olmayın.

Səbrsiz, qısqanc insan təsiri bağışlamayın. Problemlərin həllində alternativ variantları nəzərdən keçirin. Şərtlər və tələblərin dəyişməsinə fikir verin.

Buğa - günün ilk yarısı münaqişə potensiallıdır. Yeni işlərə, layihələrə başlamaq, danışıqlar və müzakirələrə start vermək üçün əlverişsiz gündür. Maddi vəsaitə birgə sahiblik və maliyyə məsələlərində qarşı tərəfin mövqelərini nəzərə alın. Güzəştə getmək istəmirsinizsə, öz işlərinizlə məşğul olun. Planlaşdırmanı daha əlverişli vaxtlaradək təxirə salın.

Günün ikinci yarısında sizə qarşı çıxan insanın mövqelərini dəyişmək istəyirsinizsə, fəndgir tərpənin. Dəvət aldığınız tədbirə qatılın. Səhhətinizi düşünün.

Yaşamınızda əhəmiyyət daşıyan məsələlərə xüsusi diqqət verin. Əhvalınız dəyişə bilər.

Əkizlər - ideyalarınızı aqressiv müdafiə etməyin, mövqelərinizi sərt şəkildə qorumayın. Situasiya münasibətlərin ənənəvi, sabitləşmiş formatında yeniliklər tələb edir.

Alış-verişdə bədxərclik etməyin.

Günün ikinci yarısında aldığınız əşya sizin xoşunuza gəlməyə bilər.

Yardıma ehtiyacı olana kömək edin. Laqeyd insan təsiri bağışlamayın.

Axşam saatlarında normal istirahət edin.

Xərçəng - məşəqqətli durumdan və qarışıq vəziyyətdən çıxış yolu arayanda düşünülməmiş addımlar atmayın. Problemlərin həllini sonraya saxlamayın. Kobudluğa aqressiv cavab verməyin. Töhmət, irad, tənqiddə sərt olmayın. Hadisələrin episentrində olacaqsınız. Saatlar keçdikcə gərginlik azalacaq. Yaşananları diqqətlə müşahidə edin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla diqqətli, qayğıkeş, səmimi olun. Narahat olmayın, gərginlik azalacaq.

Tərəfdaşlarla münasibətlərdə iddialı danışmayın. Ümumi problemlər həmrəyliyi artıracaq. Ailə üzvlərinin istəklərinə və tələblərinə fikir verin.

Axşam saatlarında çoxsaylı vədlər verməyin. Qəliz məsələlərin müzakirəsində neytral mövqe tutmayın.
 

Şir - təmaslarda təşəbbüskar olun. Təfərrüatlarını yaxşı düşündüyünüz və gedişatı nəzarət altında saxlaya biləcəyiniz işlərdə uğur qazana bilərsiniz. Fəaliyyət üçün zəruri şərtlər yaradın. Tələskənlik münaqişə durumu yarada bilər. Yeni eksperimentlərdən uzaq durun.

Günün ikinci yarısında stabilliyə real təhdid yarada biləcək vəziyyətdə risk etməyin. Problemləri orijinal yolla həll etməyə çalışın. Başqalarının ruhdan düşərək geri çəkiləcəkləri yerdə irəliləməyə can atın.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün mürəkkəb zamandır. Mənasız, boş söhbətlərə qatılmayın. Ağır situasiyada tərəfdaşa yardım edin. Ünsiyyət stabillik tələb edir.

Axşam saatlarında heç nəyi mürəkkəbləşdirməyin.

Qız - ünsiyyət asan deyil. Bir müddət tək qalın, müxtəlif informasiyaların və xəbərlərin sistemləşdirilməsi ilə məşğul olun. Mənasız təmaslardan qurtulun. Fəaliyyət sahənizdəki bəzi texnikanın və ya avadanlığın təmirə ehtiyacı var. Borcları qaytarın, vədləri yerinə yetirin.

Günün ikinci yarısında yaxınlarınızdan birinin yardıma ehtiyacı var. Sevdiyiniz insanın maraqlarını qulaqardına vurmayın. Şəxsi münasibətlərdə önəmli məsələ nə istədiyinizi anlamaqdır. Arzularınızı anlaşılan vəziyyətə gətirin.
 

Tərəzi - dəqiqlik, səliqə və sürətli reaksiya tələb edən məsuliyyətli gündür. Cari işlərin çərçivəsində qalın. Qəfil yaranan problemlər, pis xəbərlər, əhvalınızın korlanması, yaxın qohumlardan birinin xəstələnməsi istisna deyil. Əsəbləriniz tarıma çəkilə bilər.

Günün ikinci yarısında fəaliyyət müstəvisindəki durum sizi təmin etməyə bilər. Axşam saatlarına yaxın əsla sevmədiyiniz işlə məşğul olmaq zərurəti yaracaq. Çətinliklər artacaq. İmkan varsa, mühüm tədbiri və ya görüşü təxirə salın. Yalnız bilavasitə sizə dəxli olan işi görün.

Əqrəb - bir qədər dayanın, nəfəs alın. Yaxın gələcəklə bağlı perspektivlərdə zəruri dəqiqləşdirmələr aparın. Emosiyalar arxa plana keçməlidir. Soyuqqanlı olun, hər addımınızı ölçüb-biçin. Hansısa olayın yaranmağa başladığı situasiyada huşyar davranın.

Günün ikinci yarısında daxili gərginlik səviyyəsini azaldın. Baş verən hadisələr müəyyən mənada sınaqdır. Maraqlandığınız iş və ya layihəni yarımçıq qoymayın.

Səhhətinizə fikir verin. Fiziki təmrinlərlə məşğul olun. Dərhal çözülməsi gərəkən məsələləri təxirə salmayın.
 

Oxatan - yaşananları, başınıza gələnləri aramla, tələsmədən təhlil edin. Yanlış qərarlar verməyin. Hadisələrin intensivliyi artacaq. Vaxt qıtlığı hiss olunacaq. Yaxın ətrafınızdakı insanların xahişlərini yerinə yetirməyə can ataraq maraqlarınızı ani hisslərə qurban verməyin. Uğurlu və mənasız təkliflər ala bilərsiniz.

Günün ikinci yarısında müzakirələr zamanı münasibətlərin korlanmamasına çalışın. Problemlərin orijinal həll variantlarını tapmağa çalışın. Gözləntilər doğrulmaya bilər. Konkret addım atmaq niyyətiniz yoxdursa, bir qədər gözləyin.

Axşam saatlarını gözəl məkanda istirahət etməyə çalışın.

Oğlaq - günün ilk yarısında planları dəqiqləşdirin, sabitqədəm olun. Sinirlənməyin, qıcıqlı davranmayın. Emosiyaların öhdəsindən gəlməsəniz, səhhətinizdə problemlər yarana bilər.

Həddən artıq məsuliyyət, imkan və resurslarınızın tam səfərbər olunmasını tələb etməyən işlərə üstünlük verin.

Günün ikinci yarısında münasibətlərinizdə ciddi dəyişikliyə rəvac verəcək spontan vəziyyət yaranacaq. Ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Heç nəyi səbəbsiz yerə mürəkkəbləşdirməyin.

Gərəkli məlumatları toplayın.

Dolça - mürəkkəb, qarışıq bir gündür. Qəza, travma, münaqişələr riski artır. Neqativ potensiallı hadisələrin ehtimalı güclənir. Ehtiyatlı davranın, amma cəsarətli olun. Çətin situasiyalarda risk etməyə dəyməz.

Günün ikinci yarısında daxili gərginliyinizin əsirinə çevrilməyin. Situasiyadakı olayların istiqamətini süni şəkildə dəyişməyin. Təcili müdaxilə tələb eldən məsələlərdə diqqətli və sayıq olun. Zərurət olmayan şəraitdə mənasız təşəbbüskarlıq etməyin. Reaksiyalarınız dəqiq, adekvat olmalıdır. İmkanlarınızı olduğundan artıq qiymətləndirməyin.

Əmin olmadığınız işləri təxirə salın.

Balıqlar - istiqamətləri dəyişmək zamanıdır. Yaxın gələcəklə bağlı perspektivlər hələ bəlli deyil. Gərginliyi azaltmağın zamanıdır. Zəiflikliklərlə nöqsanları uğurlara çevirmək mümkündür. Mövqelərinizi möhkəmləndirmək üçün problemləri sürətlə həll edin. Çalışdığınız kollektivdə maraqlarınızı qoruyun.

Günün ikinci yarısında emosiyalara uymayın, qıcıqlanmayın. Başladığınız işi mütləq sonra çatdırın. Ətrafınızda vurnuxma, tələskənlik var. Xəbərlər bol, informasiyalar çoxdur.
 

Milli.Az

loading...

Şərh yaz:

47 Şərh:

  • Anonim
    Esra ibrahimli(Samaxi) · 12 Mart 00:0128

    Sabahiniz uqurlu olsun

    Cavab yaz
    • Anonim
      Nurlana · 12 Mart 09:2606

      Seninde gozel bacim

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli(Samaxi) · 12 Mart 10:4805

        Cox saq ol var ol canim.

        Cavab yaz
  • Anonim
    K1 · 12 Mart 02:1066

    Bu qız sənə yadsa əgər (romantik deqiqeler) Sən getdiyin yolu azıb, başqa yola çıxmısan. Hara gedirdin, qadası, gəlib hara çıxmısan? Bu nə toydu, atam oğlu? Bir ölən eşqin yası... Sən sevən qız başqasıydı, sən alan qız başqası. Bu səs-küylü toy axşamı qardaş-bacın oynayır. Səndən başqa burda hamı əl-qol açıb oynayır. Əllərə bax, bu əllərə; yellənir qanad kimi. Müğənni də qalxıb zilə, şahə qalxan at kimi. Yox!.. Bu toyun səndən ötrü bir damcı sevinci yox. Oturmağa gücün çatmır, qaçmağa da gücün yox. Rəhmin gəlir yanındakı bu yad qıza, şad qıza. Ağ gəlinlik donundakı bu yazıq, xoşbaxt qıza. Bu qız sənə yadsa əgər, yüz yol öp, nə xeyri var? Sənə doğma olacaqmı o doğduğu balalar?!..... Bəlkə, tale görüşdürüb, rast salıb fələk sizi. İkinizə bəs eləyər tək bu qızın sevgisi. O sevgiylə qızınarsan ən soyuq havalarda. O sevginin şığında böyüyər balalar da. Dur, bu qızla oyna görüm ömrün bu xoş anında. Kim bədbaxt olar, kim, –bu cür xoşbaxt qızın yanında?!.

    Cavab yaz
    • Anonim
      PRiNS · 12 Mart 19:4122

      Salam.Bilirsiz neçe vaxt idi bu şeiri axtarırdım?Ramiz müellimin öz ifasında eşitmişdim.İnternetde çox axtarmışam.. Çox sağ olun

      Cavab yaz
      • Anonim
        Prince · 12 Mart 21:4411

        Ele ozun yazibsandana.Ozun yazib ozunde cavablayirsaaaan?Ay seni bicok)))

        Cavab yaz
        • Anonim
          PRiNS · 12 Mart 22:3611

          Her matuşka ele bilir hamı onun kimidir

          Cavab yaz
  • Anonim
    Molla baci · 12 Mart 07:4014

    Salam sabahiniz xeyir.gunumuz uğurlu olsun

    Cavab yaz
    • Anonim
      Nurlana · 12 Mart 09:2813

      Salam sizinle bahem

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:4901

    ✌.✌ Gününüz xoş ✌.✌Bol uğurlu ✌.✌Senincli ✌.Şansli✌.✌Saliğli keçsin ★☆★ Amin.İnsallah.★☆★

    Cavab yaz
    • Anonim
      Nurlana · 12 Mart 09:2901

      Amin. Eli seninde

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5501

    BÜRCLƏR HAQQINDA---✵✵✵--457--ci✵✵✵ BÖLÜM---Bürclər nə etməməli?

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5511

    ✵-QOÇ-✵Nəticələrə tullanmamalı

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5601

    ✵-BUĞA-✵İnsanları rədd etməməli

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5601

    ✵-ƏKİZLƏR-✵Başqalarını incitməməli

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5701

    ✵-XƏRÇƏNG-✵Özlərinə yazığı gəlməməsi

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli(Samaxi) · 12 Mart 11:0733

      Hec vaxt ozun dushunmedi yalniz bizi qohum eqrebani hessas Xercengim (Xercengin biricik Esrasi)

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5701

    ✵-ŞİR-✵ Kobud olmamalı

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5711

    ✵-QIZ-✵Özlərini çox yükləməməli

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5811

    ✵-TƏRƏZİ-✵Saxta olmamalı

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5811

    ✵-ƏQRƏB-✵Hərşeyi gizlətməməli

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5811

    ✵-OXATAN-✵Problemlərdən qaçmalı

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5911

    ✵-OĞLAQ-✵Çox ciddi olmamalı

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5901

    ✵-DOLÇA-✵ İnsanları tənqid etməməli

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Mart 08:5901

    ✵-BALIQ-✵Kefini pozmamalı

    Cavab yaz
  • Anonim
    asi · 12 Mart 10:3131

    Yaxın qohumumun artıq xəstəlik xəbərini almışam və bu məni çoooox məyus edib..Əsgərliyin yazılmamış qanunları cansız çəlimsiz arıq uşağı onurğasından zədələyib göndərib əmimin üstə..Indi uşaq şikəstmi qalacaq, sağmı qalacaq məlum deyil...

    Cavab yaz
    • Anonim
      Eliya · 12 Mart 11:1620

      Allah şəfa versin yaxınlarınada səbir

      Cavab yaz
      • Anonim
        asi · 12 Mart 14:3400

        Təşəkkür edirəm..

        Cavab yaz
    • Anonim
      Qohuma · 12 Mart 14:0011

      Salam Asi xanim.Yaxin qohumunuza Allah sefa versin.İnsallah tezlikle sagalib sizleri sevindirer..Qohumunuza soyuq olub?Cunki esgerlikde seraiti bilirem.Bir az serait yaxsi deyil.

      Cavab yaz
      • Anonim
        asi · 12 Mart 14:3810

        Salam..Sağ ol H.H..Yox soyuqluq deyil..Zəifliyindən istifadə edib gücündən ağır işlərə salıblar, onurğası zədələnib..Indi deyəsən əməliyyat olunmalıdı.Amma həkimin dediyinə görə çox risklidi, nəticəsi nə olar bilmirlər..Bu gün dəqiqləşməlidi.Yaxşı olsun təki..

        Cavab yaz
        • Anonim
          . · 12 Mart 18:1810

          Allah ozu komek olsun.İnsallah her sey yaxsi olar.

          Cavab yaz
    • Anonim
      ƏSİ... · 12 Mart 14:2010

      Salam asi...Tanrı kömeyi olsun,şəfa versin:((

      Cavab yaz
      • Anonim
        asi · 12 Mart 14:5100

        Salam Esi..Çox sağ ol..Yazığın heç əsgərlik canı yox idi..Qohumların təkidinə baxmayaraq anası məcbur göndərtdi..O biri əmi bibi uşaqlarımız, qardaşım hamısı cüssəlidir deyə Qoçu Əsgər kimi gedib gəldi hamısı, birinin heç barmağı da kəsilmədi, yanlarına gedib gələn də olmurdu..Içlərində ən zəifi bu idi deyə, iş də yazıq bunun başına gəldi..Eşidəndə o qədər ağladım ki((..Bizi bir birimizə bacı qardaş kimi böyüdüblər, əmiuşağıdır deyə qardaşdan az təsir etmədi(..Hələ o günlərdə qəzada ölən gənc oğlanı bu uşağa o qədər çox bənzətmişdim ki, xəbərdə şəklinə baxdıqca gözümdən yaş axırdı, qeyri ixtiyari..

        Cavab yaz
        • Anonim
          ƏSİ... · 12 Mart 16:0100

          Üzülmə asi,ən yaxşısını fikirləş,yaxşı da olacaq...Tanrı sənə də,valideynlərinə də güc qüvvət versin...Əsgərlikdə fiziki güc nəzərə alınmır bəs???Elə ağır işə niyə salıblar???

          Cavab yaz
          • Anonim
            asi · 12 Mart 16:5800

            Təşəkkür..Valla elə dəqiq bilgim yoxdu..Çox sakit uşaqdı, yəqin sakitliyindən istifadə edib işlədiblər)...

            Cavab yaz
        • Anonim
          Asi xanima · 12 Mart 20:5800

          canim salam.esger balaya gore cox uzuldum ((Allah yene komeyi olsun.

          Cavab yaz
          • Anonim
            asi · 12 Mart 22:3210

            Salam..Təşəkkür)..Bu gün səni görmədim, axı sən mənim müavinimsən), gözüm görməlidir həmişə)..

            Cavab yaz
        • Anonim
          Əsranur · 12 Mart 21:3210

          Asi,Allah kömək olsun.Bu dərdlər məni də gözləyir qarşıda...Sonra da deyirlərki uşaqlar əsgərlikdən yayınır...........................nöqtələrdə ürəyimdəkiləri yazdım:)

          Cavab yaz
          • Anonim
            Esranura · 12 Mart 22:0200

            Xidmet elemek ele de problem deyil.Sadece bir az pul lazimdir ki esgerlikde eziyyeti azalda bilesiz.Her sey pulun basindadi))

            Cavab yaz
            • Anonim
              asi · 12 Mart 22:3000

              Buna da nə qədər pul vermişdilər..Iş olanda olur..Gərək bir az da oğlanların özləri möhkəm olsun...

            • Anonim
              Əsranur · 12 Mart 22:3600

              hə....Pulu olmayan yazıqlar neyləsin?Haqsızlıqdır..İş orasıdırki özümüzün düşməni elə özümünkülərdir..

            • Anonim
              Esranur ve asi xanimlara · 12 Mart 23:3300

              Ne qeder pul tokub yaxsi yere saldirmaq ebes bir isdi.Komandire 7 8 dene qirmizi verib oturdursan duz yaninda ancaq yazi pozu isleri ile mesgul olur.En yaxsi variant budur...Pulu olmayanlarda canlarini berkidib sonra esgerliye yollansinlar.Yoxsa orda veziyyet bir az rusca olacaq))

          • Anonim
            asi · 12 Mart 22:2500

            Yaxşı olar)..Ürəyindəkilər nə uzun imiş)..Əsgərlik yaxşı şeydir, amma bəzi " qanunları" olmaya)..Ya gərək pullu olasan, ya da fiziki güclü, yoxsa, əlbəttə çətinlik olur..O biri əmimin oğlu əl görüşəndə adam ayaq üstə müvazinətini itirir))..Onun kimiləri üçün problem deyil, hər hara olur olsun..Amma zəif uşaqlara pul lazımdı, əks halda sağ gedib xəstə qayıdarlar..

            Cavab yaz
  • Anonim
    Kserks · 12 Mart 13:1021

    Niye serhleri buraxmirsiz. Bir de adi, sade serh yazan vetendasla isiniz olmasin. Milli.az adiniza yazilmayib.

    Cavab yaz
    • Anonim
      KSERKS_e · 12 Mart 20:0100

      Salam, bala

      Cavab yaz
    • Anonim
      Əsranur · 12 Mart 20:0900

      Mənə sizin nikinizlə yazmışdılar?

      Cavab yaz
  • Anonim
    Naməlum · 12 Mart 14:1700

    Salamlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.