Cəmiyyət

Günün qoroskopu: qarşı tərəfin fikirlərini qulaqardına vurmayın

11 Mart 2018 00:01
40 Şərh     Baxış: 8 108

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısında ehtiyatlı olun. İşdə rəhbərliklə mübahisə etməyin, riskli addımlar atmayın. Nələrsə dəyişir. Yeniliklərin məhvərini anlamağa çalışın. Maraqlarınızı nə qədər aktiv qorusanız, sədlərlə mənaeləri bir o qədər sürətlə dəf edə bilərsiniz.

Günün ikinci yarısında situasiya mürəkkəbləşəcək. Riskli məqamları təxminləməyə cəhd göstərin. Nə qədər gec deyil, qeyri-məhsuldar istiqamətdən çəkinin. Sağlamlığınızın qeydinə qalın. Ümumi maraqları nəzərə alın. Yaxın gələcəklə bağlı planları bir daha təhlil edin.

Buğa - mühüm planlardan birində önəmli dəyişikliklər gözlənilir. Yeni, mürəkkəb işə başlamayın. İşgüzar tərəfdaşlarla təmaslar xüsusi diqqət tələb edir.

Anlaşmalar və sövdələşmələr üçün münasib zaman deyil. Enerjinizi yaxın ətrafınızdakı insanlarla kooperasiyaya həsr edə bilərsiniz.

Mühüm saydığınız proseslərdən birində günün ikinci yarısında dönüş olacaq. Tərəfdaşın istəklərini nəzərə alın. Münasibətlərinizi aydınlaşdırmağın zamanıdır.

Təmir, yenilənmə, islahatlar zamanıdır. Səhhətinizin qeydinə qalın. Fiziki işdə xeyir var. Özünüzü soyuğa verməyin.

Əkizlər - günün ilk yarısında maraqlı xəbərlər eşidəcəksiniz. Xərclər artacaq. Yenliklərə çox aludə olmayın.

Güclü emosiyaların təsiri altında qərarlarınızı dəyişməyin. Məşğul olduğunuz işi yarımçıq qoymayın. Laqeyd və soyuqqanlı insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı insanlara qarşı çox iradlar irəli sürməyin. Ümumi fəaliyyətin konturlarını tənzimləyin. Təcili həllini tələb edən məsələləri unutmayın.

Günün ikinci yarısında eksperimentlərə aludə olmayın. Alış-verişdə çox pul xərcləməyin. Borc almayın, kredit götürməyin.

Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.

Xərçəng - qayğılarınız, görüləsi işləriniz artacaq. Problemlərin sayı sürətlə çoxalacaq. Birlikdə çalışdığınız insanların maraqlarını nəzərə alın, onların da mövqelərini düşünün. Tələb olmadan məsləhət verməyin.

Günün ikinci yarısı valideynlərlə mübahisə ola bilər. Fəqət çətinlik münasibətlərin bərpasına şərait yaradacaq.

Həddən artıq aktivlik başağrısı vəd edə bilər.

Fəaliyyət göstərdiyiniz sahənin nizamlanmaya ehtiyacı var. Mənasız əlaqələrdən, gərəksiz ünsiyyətdən qurtulun. Axşam saatlarında xoş sürprizlər ola bilər.

Şir - günün ilk yarısında tərəfdaşlarla münasibətlərdə çətinliklər yaranacaq. Mövqeyinizi absolyut həqiqət saymayın. Qarşı tərəfin dediklərinə diqqətlə qulaq asın. Maraqlandığınız işin mübhəm təfərrüatları ilə tanış ola bilərsiniz.

Günün ikinci yarısında fəaliyyətinizin daha optimal istiqamətini seçin. Seçim bolluğu və prioritetləri müəyyənləşdirməkdə çətinliklər gərginlik yaradacaq. Hadisələr və situasiya səbr kasanızda son damla ola bilər.

Tərəddüd etməyin, qətiyyətli hərəkət edin.

Əvvəlki mövqelərə qayıtmaq imkanlarını qoruyun, körpüləri yandırmayın.

Axşam saatlarında stressdən qurtulmağa çalışın. 

Qız - yeni işlərlə tələskənliyə yol verməyin. Proseslərin sürəti azalacaq. Xərclərinizə fikir verin, bədxərclik etməyin. İlk növbədə, görəcəyiniz işlərlə bağlı qəfil xəbər alacaqsınız.

Aldığınız təklif nə qədər cazibədar təsir bağışlasa da, şirniklənməyin.

Günün ikinci yarısında önəmli səfəri, danışığı, anlaşmanı təxirə salmayın. Yaxın perspektivlərlə bağlı planları dəqiqləşdirin. Situasiya çətinləşərsə, qarşılıqlı münasibətlərin yeni sxemlərini düşünün. Dəyər verdiyiniz insan qarşısındakı vəd və öhdəliklərinizi unutmayın.

Axşam saatlarında stressdən qurtulun.

Tərəzi - məqsədə doğru birbaşa hərəkət əvəzinə çevik, bir qədər də hiyləgər fəaliyyətə üstünlük verin. Manevrlərin gözlənilməz nəticəsi olacaq. Sizi razı salan münasibətlərlə risk etməyin.

Yaşamınızın müəyyən sahəsini nizamlamaq üçün yaranmış imkanlardan faydalanın.

Artıq yükdən, sizə normal yaşamağa və çalışmağa mane olan nəsnələrdən qurtulun.

Günün ikinci yarısında mənfi emosiyaların sayı artacaq. Səbrsiz, dözümsüz olmayın. Rəqabət güclənəcək. Sözlərinizlə işləriniz tərs düşməsin.

Axşam saatları maliyyə, daşınmaz əmlak, vərəsəlik məsələlərinin həlli üçün münasibdir.

Əqrəb - yaranmış situasiya problemlərin həlli ilə bağlı müxtəlif variantlar təklif edir. Qəfil xəbərlərə fikir verin. Hansısa məsələ ilə bağlı mövqeyinizi kökündən dəyişəcəyiniz istisna deyil. Daha faydalı, cari işlərlə məşğul olun.

Günün ikinci yarısında qarşınıza konkret məqsəd qoyubsunuzsa, plana uyğun hərəkət edin. Əzmli, qətiyyətli, iradəli olun. Dürüst istiqamətdə irəlilədiyinizi təsdiqləyin. Peşəkar olun, emosiyalarınıza əsir düşməyin.

Fəaliyyət müstəvisinə başqaların müdaxiləsinə imkan verməyin. Axşam saatlarında travma və infeksiyalardan qorunun.

Oxatan - hadisələrin axarından kənar qalmağa can atmayın. Qəfil tanışlıq ola bilər. Yeni müttəfiq və ya tərəfdaş qazanmaq şansını əldən verməyin. Xidmət, faydalı məlumat mübadiləsi olmalıdır.

Günün ikinci yarısında gözləntilərinizdə absolyut həddə çatmayın. İşlədiyiniz insanı ideallaşdırmayın, ona xas olmayan məziyyətləri gördüyünüzü düşünməyin.

Axşam saatlarında bir qədər tək qalın. Yeni xəbər sizi düşündürəcək.

Oğlaq - kommersiya məsələləri və kollektiv tədbirlərdə mövqelərinizi müdafiə edin. Gəlir əldə etmək üçün istənilən imkanlan istifadə edin. Perspektivə hesablanmış yeni fəaliyyət variantlarını hesablamaq olar. Təşəbbüskar olun. Toplantılara və diskussiyalara qatılın.

Günün ikinci yarısında daxili prosesə konstruktiv məcra verin. Hadisələrin arzuolunan istiqamətini seçməyə çalışmayın. İrəliləyiş üçün güzəştlərə hazır olmalısınız.

Problemləri vaxtında həll edin.

Dolça - aldığınız informasiyaları təhlil edin. Həmkarlar və tanışlarla danışıqlarda, müzakirələrdə diqqətli davranın. Bir müddət əvvəl təxirə saldığınız işləri unutmayın. İntuitiv olaraq yeni istiqamət seçə bilərsiniz.

Bir işi yarımçıq qoyaraq başqasına başlamayın.

Günün ikinci yarısında dəqiq, obyektiv olun. Daxili gərginlik səhhətinizə təsir edə bilər. Xroniki proseslər və travmatizmə yol verməmək üçün diqqətlə davranın.

Şəxsi münasibətlərdə qarşı tərəfin fikirlərini qulaqardına vurmayın.

Axşam saatlarında normal istirahət edin.

Balıqlar - gərgin, çətin gündür. Yaradıcılıq istəyi, emosiyalar bol olacaq. Uğursuzluqlarla yanaşı, uğurlar da istisna deyil. Əhvalınız yaxşı olsun. Dürüst istiqaməti seçin. Ətrafınızdakı olaylardan baş çıxarın. Az sonra yaşanacaq hadisələrlə bağlı aldığınız ilkin məlumatlardan yararlanın.

Günün ikinci yarısında heç nədə ifrata varmayın. Qətiyyətli və iradəli olun. Məlumat axtarışı, informasiya arayışı, qeyri-standart həllər tələb edən işlə məşğul olmaq zərurəti yaranacaq. Səfərlərlə qəfil hadisələr istisna deyil. Ünsiyyətdə səmimi olun. Maraqlandığınız olayın təfərrüatlarını öyrənin.

Milli.Az

loading...

Şərh yaz:

40 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0144

    SALAM ALEKUM QOROSKOP ƏHLİ

    Cavab yaz
    • Anonim
      Imam Zaman · 11 Mart 01:3121

      Alekum Salam ey bende. Heqqe gel. Heqqe..

      Cavab yaz
    • Anonim
      $.$.$. · 11 Mart 01:3201

      Əleykumə salam Əli muəllim.hər kəsin bazar gunu xoş və uqurlu kecsin.

      Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Mart 09:5815

      Alleeeyyykumee salam.Eziz hormetli muneccim Eli muellim.

      Cavab yaz
  • Anonim
    Esra ibrahimli(Samaxi) · 11 Mart 00:0125

    Bazariniz uqurla acilsin

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0200

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~..456..~✭.✭.✭-ci BÖLÜM--Bürclər haqqında

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0200

    QOÇ -Həyata zarafat edər

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Mart 09:5714

      Dubbeduzdu.

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0310

    BUĞA - Nəşə doludur

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Mart 09:5823

      Dubbeduz.Araz ashiqinda Kur topuqunda ele bir insandi

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0310

    ƏKIZLƏR - Iki tərəfidir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0400

    XƏRÇƏNG - mərhəmət doludur

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Mart 09:5924

      Dubbeduz ay Xercengim canim Xercengimmm(Xercengimin biricik balasi Esraaa))

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0400

    ŞIR - Sərbəstdir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0400

    QIZ - Mehribandir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0500

    TƏRƏZI - Hər zaman yaxşı niyyətlidir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0510

    ƏQRƏB - Təhlükəlidir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0610

    OXATAN - Sözüm sözdür

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0600

    OĞLAQ - Həyat doludur

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Mart 10:0024

      Duzdu(Oqlakin biricik qizi Esra)

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0620

    DOLÇA - Səmimidir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Mart 00:0700

    BALIQ - Canını qurban edər.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 00:1524

    Qoçlar -2-3 gün qemli kederli darixdirci gün olacak Çərşenbe axşamı ehvalları düzələcək

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 00:1604

    Buqalar her şeyə laqeyd yanaşacak qarsidan gelen bayram da vecine olmayacak

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 00:1704

    Ekizler cox hessas bir hefte yasayacak bayrami fikirleshirler

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 00:1704

    Xerceng ise her zaman ki kimi şansına güvənir Allah veziyyetden cixaracak bayramimda əla olacak fikirlesir Olsun canim

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 00:1904

    Terezi onun ucun bayram da adi günlerden biri sayilir adı bayramdı vessalam hefte onlar üçün esil bayram olacak

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 00:1904

    Eqrebler ise bu hefteni superrr kecirecek yani isden 1 heftelik istirahet onun ucun esil bayrama cevrilecek

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 00:2004

    Oxatan-Murekkeb esebi bir bayram heftesi gecirecek her ilki kimi Yenede Allah komek olsun fikirleriyle ve yorqunculukla

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 00:2105

    Oqlaklar realist olmaqa calisir bayramda ne varsa odu mecbur deyilem bayramla ayaqlasib ozumu xerce salmaqa

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 00:2205

    Bu menim bayram haqqinda burc melumatim idi

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 00:2505

    Baliklar qalib aaaa - Baliklar ise bayram bayramdi deyib xerce -borca düşsədə bayramı möhtəşəm etmek haqqinda planlar qurur

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 00:2615

    Dolcada qalib aaaaaa- menden burc yazan olmaz -Dolcalar coxxx gergin bir hefte gecirtecekler Hem keder hem eseb hem sevinc qarishik bir bayram heftesi olacak Sonrada deyecekler bu 1 gune goreee bu qederr elleshmeye deyər

    Cavab yaz
  • Anonim
    Molla baci · 11 Mart 09:2114

    Salam sabahiniz xeyir olsun.Eli bey,Esra xanım Ebru xanım herkesin sabahı xeyir gunumuz uğurlu bol ruzi bereketli olsun

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli(Samaxi) · 11 Mart 10:1323

      Canim Molla baci coxxx saq ol seninde her gunun uqurlu xosh olsun.

      Cavab yaz
  • Anonim
    ????? · 11 Mart 14:3683

    Sevgi bezen bir ''necesen''?mesajidir...qeribe gelir bilirem.amma olur herden .demek istediyin butun o uzun cumleleri bir necesen?sualina sigisdirib gonderirsen.esq bezen kicik cumlelerden ibaret olur.yaxsisan?islerin necedir? xeste deyilsen?ya da bunlara oxsayan en menasiz minlerle sual...hele elim deydi,sehv getdi,bagisla mesajlari da var)) en urkek,en saf sevgidir,bunlar.eslinde...icinden dua edirsen bezen.ne olar birez sual versin birez danissin deye.ama cox vaxt gelen cavab eybi yoxdan ibaret olur.bu qisa sohbetden sonra sene qalan ozunu soymek ve yerinde uzanib etdiyin bu yersiz hereketi fikirleserek yuxusuz qalmaq olur.uzun zaman kecir sonra.ozune verdiyin sozleri unudub yeniden yazirsan.Heyatinda biri var?bu suala gelen He cavabi yeniden mehv edir seni.gerek yazmadim.hec olmasa xeberim olmazdi,deyirsen daha asan olardi.Belke de snei hemin vaxt inciden sey onun heyatinda birinin olmasi yox,senin ona yazdigin cavab olur.gozunden yas axarken yazdigin senin adina sevindim cumlesi

    Cavab yaz
    • Anonim
      Əsranur · 11 Mart 18:4862

      Gözəldir.

      Cavab yaz
      • Anonim
        Esranura · 11 Mart 19:38111

        Xex tufu senin siferine. Allahdan qorxmursan, meni muzakireye qoymusan. Ramil.

        Cavab yaz
        • Anonim
          19:38 de yazan nakisiye · 11 Mart 21:5320

          Xex tufu sozunu adeten kserks niki isledir.

          Cavab yaz
  • Anonim
    Molla baci · 11 Mart 18:1413

    ????? _e Bele hisse olunur ki siz aşiqsiz.o ülvü hiss herkese nesib olmur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.