Cəmiyyət

Tələbələr 16 dildə dünyaya səsləndi - VİDEO

25 Fevral 2018 21:20
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dillər universitetinin tələbələri Xocalı soyqırımına həsr olunmuş fləşmob hazırlayıblar.

Milli.Az bildirir ki, 20 tələbə və iki könüllü məktəbli Bakının tarixi və müasir abidələrinin önündə müxtəlif dillərdə "Biz Xocalıyıq" sözünü deyiblər. 20 müxtəlif yerdə, 16 xarici dildə bəşəriyyətə səslənən gənclərin əsas məqsədi diqqəti Xocalıya çəkməkdir.

Layihənin müəllifi Samir Allahverdiyevin sözlərin görə, burda əsas məqsəd dünyada hər kəsi bu soyqırım haqqında məlumatlandırmaqdır. Məhz buna görə də, fləşmobdakı fikirlər xarici dillərdə səsləndirilib. Video 10 günə çəkilib.

Bu gündən etibarən isə gənclər daha çox insanın izləməsi üçün videonu sosial şəbəkələrdə yaymağa başlayacaqlar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tələbələr 16 dildə dünyaya səsləndi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.