Cəmiyyət

Tütünçülüyə maraq artıb - VİDEO

25 Fevral 2018 21:10
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuz rayonunda tütünçülüyə maraq artıb. Milli.Az bildirir ki, kəndlilər daha çox gəlir əldə etmək üçün tütün əkininə üstünlük verməyə başlayıblar.

Keçən il rayon üzrə əkilmiş 190 hektar sahədən 289 ton quru tütün əldə edən fermerlər bundan həvəslənərək, cari ildə 400 hektara yaxın sahədə tütün əkməyi planlaşdırırlar. Əgər aqrotexniki qaydalara əməl olunarsa, bu il 800-900 ton quru tütün məhsulu əldə etmək mümkün olacaq.

Dünya bazarında daha tez satılan məhsuldar "Virciniya" sortlu tütünün əkilməsi üçün hazırda bir sıra kəndlərdə istixanalar qurulub, toxum gətirilib, sahələrə təbii gübrə daşınıb və çubuqlar qırılıb.

Bu il Oğuz rayonunda tütünçüləri ən çox sevindirən Bucaq kəndində 30 tütünqurudan kameranın tikintisinə başlanmasıdır. May ayında istifadəyə veriləcək kameralar həftədə hər biri 10 ton olmaqla, 300 ton yaş tütün qəbul edə biləcək. Bu da tütünçülük işini xeyli asanlaşdırmaqla yanaşı, dünya standartlarına uyğun quru tütün istehsal etməyə də imkan verəcək.

Bu il rayonda tütünçülüyün inkişafı ilə 2500-3000 nəfərin işlə təmin olunacağı gözlənilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tütünçülüyə maraq artıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.