Cəmiyyət

Bakıda qızıl adı ilə aldığı qolbağ saxta çıxdı - TƏFƏRRÜAT - VİDEO

24 Fevral 2018 19:41
0 Şərh     Baxış: 2 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qızıl adı ilə aldığı qolbağ saxta çıxıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonunda univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Elvin Qəniyevin başına gəlib.
Qızılların saxta olmasından əmin olduqdan sonra Elvin Qəniyev univermağın təhlükəsizlik kamerasına baxış keçirib və həmin qadınların görüntülərini çıxarıb.

Elvin Qəniyevin sözlərinə görə, onlara 200 manat məbləğində ziyan dəyib. Satıcı həmin saxta qızılı saxlayıb ki, qadının özünə qaytarsın. Bununla belə o, həmin qadınların da bu şəkildə başqaları tərəfindən aldadıla biləcəyini istisna etmir.

Zərərçəkmiş qadına verdiyi həqiqi qızılı geri qaytarmayacağı təqdirdə ərazi üzrə 19-cu polis bölməsinə şikayət edəcəyini deyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qızıl adı ilə aldığı qolbağ saxta çıxdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.