Cəmiyyət

"Azərbaycan filmləri deyəndə ilk ağlıma gələn...."

25 Fevral 2018 07:07
2 Şərh     Baxış: 1 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elman Babayev: "Azərbaycan filmləri arasında seçim etmək, birini digərindən ayırmaq çətindir" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Filmlərin insanların həyatında, dünyagörüşündə rolu danılmazdır. Bu gün internetdə axtarış edərkən, qarşımıza o qədər film çıxır ki, hansına baxacağımızı bilmirik. Həm də elə seçim etmək lazımdır ki, əlavə vaxt itkisi olmasın, baxdığımız filmin aşıladığı fikir bizim üçün müəyyən bir anlam daşısın. Rubrikamızın budəfəki qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevdir.

Müsahibimizlə ilk olaraq yerli filmlərdən danışdıq. O, bildirdi ki, Azərbaycan filmləri arasında seçim etmək, birini digərindən ayırmaq çətindir: "Mənim üçün Azərbaycan filmləri əvəzedilməzdir. Yusif Vəliyev, Səməndər Rzayev, Adil İsgəndərov, Əliağa Ağayev, Həsən Məmmədov, Həsənağa Turabov, Rasim Balayev, Yaşar Nuriyev, Fuad Poladov kimi dəyərli sənətkarlarımızın çəkildikləri filmlərin hamısı mənim seçimlərim sırasındadır. Gənclər bu aktyorların yer aldığı bütün filmləri izləsinlər. Azərbaycan filmləri deyəndə ilk ağlıma gələn elə bu dəyərli sənətkarlarımız və onların ayrı-ayrı filmlərimizdə yaratdıqları ölməz sənət əsərləri olur".

Xarici film seçiminə gəlincə, ilk film 2006-cı ildə Mel Gibsonun rejissorluğu ilə çəkilən amerikan kinosu "Apokalipsis"dir. Film Mayya dilindədir və əsas rolları o vaxta qədər kamera görməmiş Mayya hindularının xələfləri ifa ediblər.

İkinci kino isə Puşkinin "Motsart və Salyeri" kiçik faciəsi əsasında çəkilmiş "Amadey"dir. Dram janrında olan filmdə hadisələr 18-ci əsrin ikinci yarısında Vyanada baş verir. Rejissoru Miloş Forman olan film müxtəlif mükafatlar üzrə ümumilikdə 50 nominasiyaya namizəd göstərilib, onlardan 40-nı qazanıb.
1975-ci ildə çəkilən fransız filmi "Köhnə tüfəng" isə onun üçüncü seçimi oldu. Robert Enrikonun rejissorluq etdiyi bu kinoda 1944-cü ildə baş vermiş Oradur-sür-Qlan qətliamından bəhs edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.