Cəmiyyət

Beyləqan və Ağcabədidə oğurluq edən çoban tutuldu - FOTO

24 Fevral 2018 08:48
0 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan və Ağcabədi rayonlarında 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini tutulub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan və Ağcabədi rayonları ərazisində ayrı-ayrı təsərrufatlardan bir necə dəfə oğurluq edən Rahil Zülfiqarov saxlanılıb.

Məlum olub ki, o, vətəndaşların ümümlikdə 27 baş secmə xırda buynuzlu heyvanını oğurlayıb.

Rahil Zülfiqarovun sözlərinə görə, o, oğurluğu əvvəlcədən planlaşdırıb və gecə saatlarında edib. O, oğurladığı heyvanların izini itirmək ücün onları bir necə gün saxladıqdan sonra qonşu rayonlarda yerləşən bazarlarda satıb.

Qeyd edək ki, R.Zülfüqarov Ağcabədidəki fermalardan birində coban işləyib. O, işlədiyi fermadan da oğurluq edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.