Cəmiyyət

Maşının satış qiymətini qaldırmaq üçün bu üsula əl atırlar - DİQQƏTLİ OLUN! - VİDEO

23 Fevral 2018 22:50
1 Şərh     Baxış: 4 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilin satış qiymətini qaldırmaq üçün kilometrajı geri çəkdirilir. Bu yolla alıcılar aldadılır. Hüquqşünaslar bu halın ölkə qanunvericiliyinə zidd olduğunu bildirir.

Milli.Az bildirir ki, istehlakçıları aldadan şəxslər 3 min manatdan 5 min manatdək cərimə və ictimai işlərə cəlb oluna bilər. Həmin şəxslər azadlıqdan da məhrum edilə bilər. Bunun üçün isə aldadılan şəxs hüquq-mühafizə orqanlarına şikayət etməlidir.

Avtomobil təmiri üzrə mütəxəssislər isə kilometrajı geri çəkilən avtomobili müəyəynləşdirməyin bir neçə üsulu olduqunu bildirir.

Peşəkar ustalar mühərikxanaya və avtomobilin alt hissəsinə baxmaqla kilometrajın geri çəkilib-çəkilmədiyini bilə bilirlər. Bəzi hallarda bunu avtodiaqnostika ilə də müəyyən etmək olur. Amma bu, əksər avtomobillər üçün keçərli olmur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Maşının satış qiymətini qaldırmaq üçün bu üsula əl atırlar - DİQQƏTLİ OLUN!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.