Cəmiyyət

Peyğəmbərin səhabələrinin içində sünni və ya şiə olubmu?

24 Fevral 2018 21:05
4 Şərh     Baxış: 1 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) dövründə heç bir məzhəb olmayıb.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Əli, Hüseyn, Fatimə, səhabələr (Allah onlardan razı olsun) -- heç biri hansısa firqəyə mənsub olmayıblar. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali İmran, 103). "Allah tərəfindən açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar". (Ali İmran, 105).  
İslamda firqələr dinə sonradan gətirilmiş yeniliklər sayəsində meydana gəlmişdir. Hər bir müsəlman Allahın dinini öyrənməli, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu tutub getməli və sonradan uydurulmuş yeniliklərdən çəkinməlidir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.