Cəmiyyət

İmkanı olduğu halda borcunu qaytarmayan adamın namazı qəbul olunurmu?

24 Fevral 2018 20:05
1 Şərh     Baxış: 1 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Borc alıb imkan olduğu təqdirdə qaytarmayan borclu olduğu insanın haqqına girdiyi üçün böyük günah (qul haqqı günahı) qazanır.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hətta borclu halda ölmüş insanın cənazə namazını özü qılmayaraq bunu səhabələrə həvalə etmişdir. (ət-Tirmizi "Cənaiz", 68). O demişdir:
"Zənginin (imkanı olanın) borcunu gecikdirməsi zülmdür". (əl-Buxari "Həvalə", 1-2; Muslim: "Musaqat", 33).
"Kim qaytarmaq niyyəti ilə borc alarsa, Allah onu bu borcu ödəməyə müvəffəq edər. Kim başqasının malını tələf etmək niyyəti ilə alarsa, Allah da onu tələf edər, borcunu qaytara bilməz". (əl-Buxari "Zəkat", 18).
"Borclu adam borcu qaytarmaq niyyəti ilə almamışsa, borcunu vermədən ölərsə, Allah Təala borc sahiblərinin haqqını ondan alar". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 7/275).
"Allahın nəzərində bir qulun qadağan edilən böyük  günahlardan sonra özü ilə gətirə biləcəyi ən böyük günahlardan biri də borclu ölməsi və qaytarmağa mal qoymamasıdır". (Əbu Davud "Buyu", 9).Qiyamət günü zülm etmiş insanın savablarından götürülərək zülm etdiyi insanlara veriləcək. Əgər savabı qalmayıbsa, zülmə məruz qalmış insanların günahları ona yüklənəcək. Buna baxmayaraq, borcu qaytarmayan insanın namazının qəbul olunmayacağı barədə şəriətdə hər hansı məlumat bildirilməyib və həmin şəxsin namazının qəbul olunub-olmamasını yalnız Allah bilir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.