Cəmiyyət

Rəqəmlərdən niyə qorxuruq?

24 Fevral 2018 22:50
2 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynimiz "Rəqəm" beynidir. Beynimizin iradəmizdə olan hissəsini işlədib, müqayisə aparıb və qərar verməyimiz üçün rəqəmlər zəruridir. Rəqəmsiz həyatımız çox çətinləşir.

Elə buna görədir ki:

- Filan maşın çox sürətlidir, deyəndə tam aydın olmur. Amma saatda 650 km gedir deyəndə tam aydın olur.

- Deyəndə ki, filankəş çox bərk qaçır, tam aydın olmur. Amma 100 metri 9 saniyəyə qaçır deyəndə sürəti tam duymaq olur.

- Milli.Az moneta.az-a istinadən bildirir ki, birinə borc verəndə geri qaytarmaq tarixi deməyəndə beyində qeyri-müəyyənliklər yaranır.

- Bir iş görəndə çox vaxt aparır deyəndə tam aydın olmur. Amma deyəndə ki, 1 aylıq işdir, məsələnin böyüklüyü aydın olur.

- Deyəndəki çox bahadır, tam aydın olmur. Amma deyəndə ki, 200 000 AZN, onda tam başa düşülür.

- Hədəflər, məqsədlər, biznes strategiya, IT strategiya SMART olmalıdır deyirlər. SMART-dakı M-Measurable deməkdir. Yəni ölçülə bilən. Yəni, rəqəmlə ifadə olunan bir şey. 1 gün, 1 il, 7 İyun, 5 000 AZN, 20 000 USD, 50 müştəri, 250 şirkət və s.

- İşçilərin, şöbələrin, şirkətin performansını ölçüb, dəyərləndirmək üçün Business Score Card-dakı KPI-lar RƏQƏM-lərlə təyin edilməlidir deyirlər. Aylıq 10 000 AZN-lik satış, müştəriyə ortalama xidmət müddəti 3 dəq olmalıdır, 6 aylıq satış 250 000 AZN olmalıdır, layihə çərçivəsində yazılan kodların (sətrlərin) sayı 2 000 olmalıdır.

- Keyfiyyətin idarəedilməsində (Quality Management) qualitive analiz yerinə quantitive analiz daha üstün tutulur. Yəni keyfiyyət göstəricilərini RƏQƏM-lərlə ifadə etməyə çalışırlar. Əgər rəqəmlə göstərmək mümkün olmursa, o zaman qualitive analizə müraciət edirlər.

- Layihələrin idarəedilməsində MİLESTONE-lar,xərclər, işin həcmi və s. olmasa layihəni idarəetmək çətin olar. Bunların hamısı RƏQƏM-dir.

- Digər bütün hümanitar fənnlərə artıq statistika tətbiq edilir. Yəni humanitar sahədə olan məlumatları RƏQƏMLƏ ifadə etməyə çalışırlar.

- Rekordlar kitablarında əsas göstəricilər RƏQƏMLƏRlə bağlı olanlandır. Ən çox qaçan, ən hündürə tullanan, birinci, ilk və s.

- Elmlərin şahı riyaziyyatdır. Yəni bütün elmlərdə yenə RƏQƏM istifadə edilir.

- bura minlərlə bənd əlavə edə bilərik.

Rəqəmlərdən qorxmağımızın səbəbi isə həmin RƏQƏMLƏRİ həyatımıza daxil etməkdir. Həyatımıza RƏQƏMləri daxil etmək CƏSARƏT, ÖZ GÜVƏN, İRADƏ, BİLİK və BACARIQ tələb edir. Yəni

- Hədəf seçəndə orda RƏQƏM yoxdursa, demək hədəfi dəqiq təyin etməmişik. "Mən satış üzrə mütəxəssis olmaq istəyirəm", yerinə "3 il müddətində Mən satış üzrə mütəxəssis olmaq istəyirəm" olmalıdır və buna səy göstərilməlidir. Hədəfdə RƏQƏM olduğu üçün zamanda keçdikcə harda olduğumuzu müqayisə edə bilərik.

- Həftəlik görülən işləri planlaşdırmaq adama ağır gəlir. Həftəlik və günlük olaraq saat neçədə nəyi edəcəm demək və onu yerinə yetirmək ciddi bir iradə və bilik tələb edir. Buna görədir ki, bir çoxları ZAMANIN İDARƏEDİLMƏSİ məsələsindən çəkinirlər.

- İş həyatında satış komandasına, marketinq və ya digər şöbələrə konkret hədəflər qoyanda insan bir az təşvişə düşür. Çünkü göstərilən müddət ərzində təyin edilmiş hədəfləri (adətən satışı) əldə etmək tələb olunur.

- Nə vaxt imkanın oldu borcu qaytar" yerinə  "Bir il müddətində imkanın olanda borcu qaytar" demək daha uyğundur.

- İstehsalı yaxşı edin yerinə, filan göstəriciləri ödəyən məhsulları istehsal edin demək müəyyən bilik və bacarıq tələb edir.

- Bir iş görəndə, qarşılığında konkret olaraq filan vaxta kimi bitirəcəm demək bilik və bacarıq tələb edir. Çünki "filan vaxt" bir qərəmdir. Onu təyin etmək elə də asan deyil. Xırda da olsa bir layihələndirmə biliyi və bacarığı olmalıdır.

- Qərar qəbul edəndə kriteriyaları RƏQƏMlə ifadə etmək müəyyən bilik və bacarıq tələb edir.

Həyatımıza RƏQƏM-ləri daxil etdikdən sonra, həmin RƏQƏM-ləri əldə etmək üçün ciddi səy göstərmək lazımdır.

Uğurlu insanların həyatı RƏQƏM-lərlə doludur. Həyatımızda RƏQƏM yoxdursa uğur əldə etmək, hədəflərə çatmaq, yaxşı göstəricilər əldə etmək çətindir.

HƏYATINIZ RƏQƏMLƏRLƏ DOLU OLSUN!!!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.