Cəmiyyət

Qəbir aləmində qohumlar bir-birləri ilə görüşə biləcəklərmi?

24 Fevral 2018 23:40
8 Şərh     Baxış: 3 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Axirət və bərzəx aləmində baş verəcək hadisələrin çoxu bizim üçün məchuldur. Bərzəx aləmi elə bir aləmdir ki, dünya və axirət arasında qərar tutur. Bərzəx aləmində maddə yoxdur. Ancaq madddənin bəzi şəkilləri, o cümlədən kəmiyyət və məkan mövcuddur. Orada maddi olmayan simalar vardır ki, dünyada olan simalardan daha güclüdürlər. Ona görə də bərzəx bədəni nə maddidir və nə də qeyri-maddidir. Elə bir bədəndir ki, dünyada olan qəlibdə yerləşmir, ancaq ölçüsü və şəkli vardır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hədislərimizin nəzərinə görə bu misali bədən dünya bədəninə çox bənzəyir. İmam Sadiq (ə) buyurur: "Möminlərin ruhları dünyadakı bədənlərinə bənzər bədənlərdədirlər".

İnsan ruhu bərzəx aləminə daxil olandan sonra fikir və əqidəsinə əsasən, xüsusi şəraitdə qərar tutur.

Hədislərimiz nəql edir ki, möminlərin ruhları bərzəx aləmində görüşəcəklər. Bir-biri ilə söhbətlər edəcəklər. O zaman ki, bir mömin dünyasını dəyişəcəkdir, başqa möminlər onun yanına gələcək və halını soruşacaqlar. Əgər aralarında yaxınları vardırsa, dünyada qalanların halından sorğu-sual edəcəkdir.

İmam Sadiq (ə) buyurur: "Ruhlar cəsədlərə bənzəyirlər. Behiştdə behişt meyvələrindən istifadə edərlər. Bir-birini tanıyarlar. Bir-birini sorğu-sual edərlər. O zaman ki, dünyada bir nəfər ölər, ruhu bərzəx aləminə gələr və başqa ruhlar onunla görüşməyə gedərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.