Cəmiyyət

Müsəlmanlar əleyhinə təbliğat cəmiyyəti zəhərləyir

24 Fevral 2018 20:20
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Parlameninin Lordlar Palatasının üzvü Barones Saida Varsi İngiltərə mətbuatını tənqid edib.

Milli.Az maide.az-a istinadən bildirir ki, o, mətbuatda müsəlmanlar əleyhinə yazılan xəbərlərin cəmiyyəti zəhərlədiyini deyib.
 
O, son zamanlar müsəlmanlara qarşı nifrət zəminində cinayətlərin artdığını vurğulayıb:
 
"Vəziyyət 2011-ci ildən daha pisdir. Artıq hər gün İslamafobiya nümunələrini mətbuatda görə bilərik. Bu səbəbdən İngiltərədə müsəlmanlar həyatlarını qorxu içində keçirirlər".
 
Saida Varsi hicablı qadınların da təzyiqlə üzləşdiyini söyləyib.
 
O, baş nazir Tereza Mey və müxalifət lideri Ceremi Korbinə çağırış edərək müsəlmanların İngiltərəyə göstərdiyu faydalar haqqında çıxış etməsini istəyib.
 
Qeyd edək ki, İngiltərədə 3 milyona yaxın müsəlman yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.