Cəmiyyət

Tərki-övla nədir?

24 Fevral 2018 19:20
0 Şərh     Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tərki-övla" sözünün tərcüməsi "daha üstün olan bir hərəkəti tərk etmək" mənasını verir. Əsasən, şiə məzhəbinə aid kitablarda bu terminə rast gəlirik. Quranda və hədislərdə tərki-övla termini yoxdur. Şiə alimləri müqəddəs şəxslərin məsumluğu ilə bağlı qarşıya çıxan bəzi problemləri tərki-övla ilə həll etmişlər. Qurani-Kərimin ayələrində Həzrət Adəm, Musa, Davud, Yunus (ə) peyğəmbərlərlə bağlı bəzi məqamlar mövcuddur.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu ayələrin zahiri mənası həmin peyğəmbərlərin günah və ya səhv etməsi anlamına gəlir. Lakin müsəlmanların bir hissəsinin əqidəsinə görə, peyğəmbərlər hər cür günahdan və səhvdən uzaqdırlar, bu, onların məsumluğu ilə ziddiyyət təşkil edir. Tərki-övla nəzəriyyəsinə görə, peyğəmbərlər iki yaxşı hərəkətin arasından daha yaxşısını deyil, ondan daha aşağı dərəcədə olan yaxşı əməli etmişlər. Buna görə də özlərini günahkar bilmiş və Allahdan bağışlanmaq diləmişlər. Tərki-övla sıravi insanlar üçün qətiyyən günah deyil, amma məsumlar bunu özləri üçün əskiklik saymışlar.

Məsələn, bir xeyriyyə tədbirinə bir fəhlə öz aylıq qazancından 100 manat pul köçürürsə, onun üçün böyük bir fədakarlıqdır. Amma bir biznesmen həmin xeyriyyə tədbirinə 100 manat versə, ona eyib sayılar, çünki statusuna, dərəcəsinə uyğun deyil. Halbuki, bu iki hərəkətin heç biri zərrəcə günah deyil, əksinə, savab işdir. Sadəcə, kimin bu əməli etməsindən asılı olaraq savabı dəyişir. Həmin biznesmen daha böyük məbləğ verməklə daha çox savab qazana bilərdi, amma bundan məhrum oldu. Məsumlar da daha böyük savab qazanmaq imkanını itirdikləri üçün peşman olub istiğfar etmişlər. Bir daha qeyd edək ki, tərki-övla nəzəriyyəsi müsəlmanların bir hissəsi tərəfindən qəbul edilir və hamı bu mövqeyi dəstəkləmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.