Cəmiyyət

Maşın gənc oğlanı vuraraq tanınmaz hala salıb - FOTO

23 Fevral 2018 08:47
4 Şərh     Baxış: 3 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Hökməli-Qobu yolunda baş verib.

Hökməli qəsəbə sakini Elçin Məmmədov idarə etdiyi "01-BZ-421" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobili ilə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən şəxsiyyəti məlum olmayan 20-25 yaşlı gənc oğlanı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə apararkən o, yolda dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin edib. Meyit onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Abşeron RPİ-də cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.