Cəmiyyət

Azərbaycanda zəncirvari qəza: Ölənlər var - YENİLƏNİB - FOTO

23 Fevral 2018 11:35
0 Şərh     Baxış: 4 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:35

Beyləqan rayonunda baş verən zəncirvari yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub. 

Milli.Az-ın report-a istinadən məlumatına görə, 3 "VAZ-2107" markalı avtomobil və "BMW" markalı avtomobillər toqquşub. Nəticədə 1972-ci il təvəllüdlü Etibar Abdullayevin idarə etdiyi 90 FK 510 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2107" markalı avtomobil deformasiyaya uğrayıb. Avtomobilin sürcüsü E.Abdullayev və onun sərnişini 1978-ci il təvəllüdlü Arif İmrəliyev  hadisə yerində ölüb. Hadisə zamanı 1987-ci il təvəllüdlü Kənan Mirzəyevin idarə etdiyi 10 TO 725 dövlət qeydiyyat nömrə nişanlı "BMW" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Elnur Bəndəliyev, digər iki VAZ-2107" markalı avtomobillərin sürücüləri - Nəsimi Allahverdiyev və Cəmil Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstyəxanasına çatdırılıb. 

----------
08:21

Beyləqanda zəncirvari qəza nəticəsində iki nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd "VAZ" markalı minik avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış "VAZ" markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.