Cəmiyyət

Allah Təala bəndələrini səadət cəhətdən kamil yaratmışdır, yoxsa naqis?...

24 Fevral 2018 19:45
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayətullah Bafəqi, Həsən (ə) imamzadəsinə gedən yolda bəhayi olduğunu söyləyən bir şəxslə qarşılaşır. Ona nəsihət və moizə verir. Onu batil yoldan qayıtmaq üçün tövbə etməyə dəvət edir. Həmin şəxs də Şeyxin bu sözləri qarşısında deyir: "Bizim bir alimimiz vardır ki, əgər siz onunla münazirə etsəniz, mən sizin yolunuza qayıdacağam".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sabahı gün həmin Şeyxin evinə gəldilər və münazirə etməyə başladılar. Bəhayi alim Quranın mütəşabih ayələrindən müəmmalı mənbəli kitablara istinad edərək, danışmağa başladı.

Ancaq fəqih Bafəqi dedi: "İndi bizim Quran ayələri ilə ki, onların elmi Məsumlarımızın (ə) yanındadır - işimiz yoxdur. Gəl əvvəl adi bəhslər edək".

Sual verir: "Sənin nəzərinə görə Allah Təala bəndələrini səadət cəhətdən kamil yaratmışdır, yoxsa naqis?"

Deyir: "Naqis".

Sual verir: "Bu bəndələr kamala möhtacdırlar, yoxsa belə ölməlidirlər?".

Deyir: "Əlbəttə, kamala ehtiyacları vardır".

Sual verir: "Özləri kamal yolunu bilirlər, yoxsa yol göstərənə ehtiyacları vardır?".

Həmin şəxs deyir: "Bəs onda deyim görüm İmam Həsən Əsgəridən (ə) sonra yol göstərən kimdir?".

Alim deyir: "Allah Təala, Peyğəmbər (s), Həzrətin (s) vəsiləri məgər İmam Həsən Əsgərinin (ə) övladından başqasını bizə tanıdıblar?".

Bəhayi alim başını aşağı saldı və təslim oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.