Cəmiyyət

Həzrət Zəhranın İlahi hərəkatının bərəkətləri

24 Fevral 2018 23:15
3 Şərh     Baxış: 1 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Zəhranın (s.ə) hərəkatı aşkar qiyam olmasa da, arxasında öz bərəkətlərini qoyub getmişdir. Xanımın (s.ə) hərəkatı sayəsində batil haqdan ayırd edilmiş və münafiqlər tanıdılmışdır. O Xanım (s.ə) mühacir, ənsar və Qureyş qadınlarının qarşısında çıxış etdi və İmam Əlinin (ə) haqqının necə qəsb olmasından danışdı.

Bu hərəkatın ardınca qoyduğu bərəkətlərlə tanış olaq:

1. Düz yolu göstərmək. Səqifə hadisəsi bir tərəfdən, müsəlmanların bunu görüb susması digər tərəfdən elə bir fitnə ocağı yaratmışdı ki, haqq açıq-aşkar aradan gedirdi. Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əmirəl-möminin (ə) Allah Təala tərəfindən sükut etməklə vəzifələndirilmişdi. Amma Xanımın (s.ə) belə bir vəzifəsi yox idi. Bu böyük xanımın vəzifəsi tam fərqli idi. Belə bir zamanda Peyğəmbərin (s) əziz qızı insanları qarınlıqdan çıxartdı və haqq yolunu onlara nişan verdi. Ona görə də Xanım (s.ə) buyururdu: "Allaha and olsun ki, əgər haqqı əhlinə tapşırsaydılar və Allah Rəsulunun (s) İtrətinə itaət etsəydilər, iki nəfər Allahın (hökmü) barəsində bir-biri ilə mübahisə etməzdi".

2. Nifaqı aşkar etdi. Nifaqı aşkar etmək hər bir qiyamın ən çətin tərəfidir. Peyğəmbərin (s) zamanında bu iş rahat idi. Çünki insanlar Allahın hökmlərinə əməl edirdilər və itaət etməyənlər münafiqlər olurdular. Xanım (s.ə) məşhur xütbəsində bu çətin işin öhdəsindən gəlir və münafiqlərin əsil simasını müsəlmanlara tanıdır. Xanım (s.ə) buyurur: "O zaman ki, Allah Peyğəmbəri (s) üçün peyğəmbərin və seçilmişlərin yerini ixtiyar etdi, sizlərin arasında nifaq tikanları çıxmağa başladı".

3. Vilayəti müdafiə etdi. Xanım (s.ə) xütbəsində müsəlmanları Əhli-Beytin (ə) haqqını yerinə yetirməməklə ittiham edərək, buyurmuşdu: "Allah bizə itaəti - İslam millətinin nizama düşməsi və imaməti - təfriqədən amanda qalmaq üçün qərar vermişdi. Xilafət əmrini öz aranızda qəti etdiniz və bizdən nəzər istəmədiniz. Bizim üçün haqq qoymadınız.

Siz, ey Allah bəndələri! Allahın əmr və nəhyinin, din və vəhyini həml edənlərin bayraqdarlarısınız, güman etdiniz ki, sizin üçün haqq vardır. Allahdan sizə əhd vardır ki, sizə təqdim edilmişdir və Peyğəmbərdən (s) sonra olan canişindir ki, sizin üçün saxlanılmışdır". Xanım (s.ə) bu yolla insanları doğru yola hidayət etməyə çalışır və atası kimi səlis və sadə dillə batili haqdan ayırmağın yollarını öyrədirdi.

Lakin İslam ümməti qəflət yuxusundan ayılmadı... Ona görə də tarixin gedişi tamam başqa istiqamətdə oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.