Cəmiyyət

Rezidenturaya sənəd qəbulu bu gün başa çatır

22 Fevral 2018 16:35
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018/2019-cu tədris ili üçün rezidenturaya sənəd qəbulu günün sonunadək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizəd "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 22 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurmalı və təsdiq etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.