Cəmiyyət

Təhsil Nazirliyi "bu gündən qeydiyyat başlayır" dedi, sistem çökdü

22 Fevral 2018 11:11
4 Şərh     Baxış: 3 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 1-ci sinifə qəbulla bağlı elektron müraciət başlayıb.  

Milli.Az bildirir ki, qeydiyyatın saat 10:00-dan başlayacağı elan olunsa da, valideynlər sayta daxil olmaqda çətinlik çəkirlər.

Belə ki, elektron qeydiyyat üçün nəzərdə tutulan mektebeqebul.edu.az saytı, demək olar ki, işləmir. Sayt gec açılır və orada əməliyyat etmək mümkünsüzdür. 

Bu gün başlanan qeydiyyat səbəbindən sistemdə yüklənmə olacağını ehtimal etmək o qədər də çətin deyildi. Belə olan təqdirdə Təhsil Nazirlyinin bunu nəzərə almaması və heç bir addım atmaması anlaşılan deyil. Valideynlərin də iradı bununla bağlıdır ki, belə bir ehtimalı nazirlik niyə nəzərə alıb, saytın texiki imkanlarını genişləndirməyib.

"Göstərilən vaxtdan sistemə daxil olmağa çalışırıq. Lakin səylərimiz nəticəsizdir. Nazirliyin məsuliyyətsizliyi səbəbindən, həm zamanımızı itiririk, həm də əsəblərimiz korlanır", - deyir valideynlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.