Cəmiyyət

49 saylı avtobusun sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atdı - VİDEO

20 Fevral 2018 21:16
0 Şərh     Baxış: 3 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda içərisi sərnişinlə dolu olan 49 saylı avtobusun sürücüsü təhlükəli manevr edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində lentə alınıb.
Avtobusun qarşısında bir avtomobilin asta sürətlə hərəkət etdiyi hiss olunur. Sürücü isə həmin minik maşınının yavaş getdiyini görüb, əks istiqamətə çıxaraq onu keçir.
O, bu hərəkəti ilə sərnişinlər və qarşıdan gələn avtomobillər üçün təhlükə yaradır.
Həmin sürücünü tapıb, bunun səbəbini soruşduq.
Sözügedən daşıyıcı şirkətin xətt nəzarətçisi Məqsəd Baratov isə bildirdi ki, həmin sürücü cəzalandırılacaq.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülər araşdırılacaq. Daşıyıcı şirkətin rəhbərliyinə, anoloji hadisənin təkrarlanmaması üçün xəbərdarlıq ediləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
49 saylı avtobusun sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.