Cəmiyyət

Atatürkün "İstiqlal” medalı ilə təltif etdiyi Hacı Cabbar Kömək kim olub?

20 Fevral 2018 20:47
0 Şərh     Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar "Azərbaycanca Vikipediya"da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sistemləşdirilmiş viki-təlimləri iştirakçıları tərəfindən AXC dövrünün əhəmiyyətli  şəxsləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar dəqiqləşdirilir, redaktə edilir və zənginləşdirilir.

Diqqətinizə Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Hacı Cabbar Kömək haqqında yaradılmış məqaləni təqdim edirik.

https://az.wikipedia.org/wiki/Hac%C4%B1_Cabbar_K%C3%B6m%C9%99k

1869-cu ildə Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Hacı Cabbar Kömək 1919-ci ildə Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi olub.
Hacı Cabbar Osmanlı dövlətinin Çanaqqala zəfərinə, daha sonra Türkiyənin ordu quruculuğuna verdiyi töhfələrə görə, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən "Kömək" ləqəbini alıb. 1925-ci ildə isə bu xidmətlərinə görə "İstiqlal " medalı ilə təltif olunub. 

M.K. Atatürk tərəfindən Ankarada yaşamaq təklif olunsa da, bundan imtina edərək Qarsa köçüb.
O, 1948-ci ildə Qarsda dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.