Cəmiyyət

Lənkəranın qeyri-adi bacarığı olan sakini - VİDEO - FOTO

20 Fevral 2018 19:00
1 Şərh     Baxış: 1 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran sakini olan Ülfət Bədəlovun qeyri-adi bacarığı çoxlarının marağındadır.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Separadi kənd sakini olan qəhrəmanımızın Eyfel qülləsi, gəmi və asma körpü kimi əl işləri var. Onun bu işə uşaqlıqdan həvəsi olsa da, o, bir neçə ildir ki, arzularını reallaşdırmağa başlayıb.

Ülfət Bədəlov (əl işləri hazırlayan): "İnternetdə şəkillərinə baxıram. Beynimdə təsəvvür etdikdən sonra, üzərində işləməyə başlayıram".

Onun sözlərinə görə, bu işdə əl bacarığından əlavə səbr də lazımdır. Sənət əsərlərini sərgilərdə nümayiş etdirib, sertifikatlarla mükafatlandırılan qəhrəmanımız mart ayında Lənkərandakı növbəti sərgiyə hazırlaşır.

O, gələn dəfə "Titanik" gəmisini hazırlamaq istəyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Lənkəranın qeyri-adi bacarığı olan sakini

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.