Cəmiyyət

Toy olmadan qızın nişanı qaytarılıbsa, o azad sayılır?

22 Fevral 2018 22:15
0 Şərh     Baxış: 1 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toy olmadan qızın nişanı qaytarılıbsa, o azad sayılır yoxsa talaq və iddə tələb olunur?

Əvvəla, əgər qadının (qızın) kəbini kimə isə oxunubsa, onun azad sayılması üçün mütləq talaq verilməlidir. Talaq verilmədikcə qız həmin oğlanın halal həyat yoldaşı sayılır. Nişanın geri qaytarılması, inciklik yaranması, əlaqələrin kəsilməsi və sairə qızın azad sayılması üçün kifayət deyil.

Milli.Az islam.az-a istinadən bildirir ki, ikincisi, qadın talaqdan sonra mütləq şəriətin nəzərdə tutduğu şərtlər daxilində müəyyən müddət gözləməlidir. Buna iddə deyirlər. Yalnız iddə bitdikdən sonra qadın başqası ilə kəbin kəsdirə bilər. Amma istisna hal budur ki, əgər kəbin kəsiləndən sonra tərəflər arasında cinsi əlaqə olmamışsa, iddə saxlamağa ehtiyac yoxdur. Bu halda talaq veriləndən sonra qız başqasının kəbininə daxil ola bilər. Amma hər bir halda, talaq mütləq oxunmalıdır və nə qədər ki, talaq oxunmayıb, qız azad sayılmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.