Cəmiyyət

Summativ qiymətləndirmə ləğv edilə bilər - VİDEO

19 Fevral 2018 22:28
4 Şərh     Baxış: 1 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orta məktəblərdə summativ qiymətləndirmə ləğv edilə bilər. Milli.Az bildirir ki, məktəblilərin və valideynlərin arzuları reallaşa bilər. 1-ci sinif şagirdləri ücün summativ qiymətləndirmə ümümiyyətlə ləğv edilə, digər siniflərdə isə dəyişikliklər edilə bilər.

Təhsil Nazirliyinin bu addımının məqsədi şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır.

Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayevin sözlərinə görə, yenilik qiymətləndirmənin daha dəqiq aparılmasına kömək edəcək.

Hazırkı layihəyə görə, gün ərzində 3-dən çox summativ olmamalıdır. Həmçinin, kiçik summativ qiymətləndirilmənin keçirilmə müddətinin 45 dəqiqə olması təklif edilib. Layihə aidiyyəti dövlət qurumlarına təqdim edilib və razılaşdırma mərhələsindədir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Summativ qiymətləndirmə ləğv edilə bilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.