Cəmiyyət

Nənəsinin sandığından qədim əşya tapdı - VİDEO

18 Fevral 2018 21:28
3 Şərh     Baxış: 3 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax sakini qədim əşya tapıb. 16-cı əsrə aid olması ehtimal edilən əşyanın orta əsrlərdə məişətdə istifadə olunduğu güman edilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Qazax sakini Coşqun Hümbətov evlərindəki köhnə sandığın içini boşaldarkən tapdığı əşya diqqətini cəlb edib. Çaynik formasında olan kiçik ölçülü metal qab rayon sakinində xüsusi maraq doğurub. Yaşlı insanlara göstərdikdən sonra məlum olub ki, onun tapdığı əşya olduqca qədimdir. Güman edilir ki, qədimdə bu qabdan şərab və ya başqa maye məhsulları saxlamaq üçün istifadə olunub. İki hissədən ibarət olan əşyanın mis və tuncdan hazırlandığı ehtimal olunur.

Əşyanın hər iki tərəfində ərəbcə yazı var. Yuxarı hissəsində 4 rəqəmdən ibarət ədəd yazılıb ki, bu da qabın düzəldiyi tarixi göstərə bilər. Əşyanın üzərinə döymə üsulu ilə bəzəklər əlavə olunub.

Coşqun Hümbətov tapdığı qədim əşyanın dəqiq tarixinin öyrənilməsi üçün aidiyyati qurumlara müraciət edəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Nənəsinin sandığından qədim əşya tapdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.