Cəmiyyət

Xaçmazda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb - ADLAR - YENİLƏNİB - VİDEO - FOTO

18 Fevral 2018 22:28
0 Şərh     Baxış: 3 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:28

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda baş verən qəzada xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  xəsarət alan "VAZ 2106"-nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

21:31

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki,  xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri - 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü Iftixar Hacıyevdir. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

20:38

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" markalı avtomaşınla "KamAZ" markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xaçmazda 3 nəfərin öldüyü DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.