Cəmiyyət

Həzrət Fatimənin kənizinin duasının nəhəng nəticəsi

20 Fevral 2018 23:05
7 Şərh     Baxış: 2 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümmi-İmən İslamın üstün dərəcəyə malik olan qadınlarından olmuşdur ki, hər zaman nübuvvət ailəsinin xidmətində dururdu. O zaman ki, Həzrət Fatimə (s.ə) dünyasını dəyişir, Ümmi-İmən o qədər narahat olur ki, artıq Mədinədə qalmağa taqəti çatmır. Ona görə də Məkkəyə yollanır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yolu səhradan düşür və Cəhəfə yolunda susuzluq ona qalib gəlir.

Yanında su götürməmişdi və o qədər susuzlayır ki, artıq ölüm ayağında olur.

Bu zaman Allaha diqqət edir və gözündən yaş axan halda dua edir: "Ey, mənim Allahım! Məni susuz qoyacaqsan, halbuki mən Peyğəmbərinin (s) qızının (Fatimənin (s.ə)) kənizi olmuşam".

Bu duadan sonra səmadan behişt suyu ilə dolu qab nazil olur və həmin sudan içir. Yeddi il nə susuz olur və nə də ac...

Allahu əkbər! Əhli-Beytə (ə) ixlasla xidmətin bu böyüklükdə nəticəsi hələ bu dünyada olur...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.