Cəmiyyət

Əməlin məhv olmasına nə səbəb olur?

20 Fevral 2018 22:50
0 Şərh     Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb dilində əməlin məhv olmasına həbti-əməl deyirlər. Yəni, batil olmaq, təsirsiz olmaq mənasını verir.

Dini dildə desək ,insan yaxşı əməllərini kəbirə günah edərək həbt edər - məhv edib, aradan aparar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərimdə də həbt sözü məhz bu mənada işlənmişdir: "(Ya Peyğəmbər!) Həqiqətən sənə və səndən əvvəlki(peyğəmbər)lərə vəhy edilib ki, əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq (onların axirət mükafatı aradan gedəcək və onlar başqa aləmdə təzahür tapmaq qabiliyyətini itirəcəklər) və mütləq ziyana uğrayanlardan olacaqsan". ("Zumər" 65).

Şəhid Mütəhhəri əməlin batil olmasının səbəbləri haqqında danışan zaman buyurur: "Əməlin batil olmasına səbəb olan amillərdən biri də həqiqətlə müxalifətlik etməkdir. Yəni, insan həqiqəti dərk edir, ancaq eyni zamanda onunla müxalifətlik edər. Başqa sözlə desək, fikir və düşüncə dəlil və məntiq vasitəsilə təslim olur. Həqiqət ağlın nəzərində yanan çıraq kimi aydınlanır. Ancaq ruh və hisslər təkəbbürcəsinə həiqətdən boyun qaçırdır və təslim olmur. Kafir ona görə kafir adlanır ki, həqiqəti dərk etdiyi halda, inad və tərslik edir. Bu da əməlin həbt olmasına səbəb olur".

Ola bilsin ki, insan yaxşı əməli bütün şərtləri ilə gözəl yerinə yetirsin, ancaq dinin üsullarının biri ilə müxalif olduğu üçün və inad etdiyi üçün yaxşı əməlləri aradan gedər.

Quranın nəzərinə görə, təkcə kafirlərin deyil, həm də müsəlmanların əməlləri batil ola bilir. Ona görə hər kəs axirətinin necə olacağını bilmir. Çünki bəzən kafir ömrünün son günlərində səhvini başa düşüb, tövbə edir və saleh əməllər yerinə yetirməyə başlayır və bu yolla aqibətini xeyirli edir. Bəzən də bir ömür abid olan biri, ömrünün son günlərində kəbirə günahlara üz tutaraq əməllərini məhv və batil edir.

Ona görə insan hər an əməllərinə nəzarət etməli və onu kəbirə günahlar ilə yandırıb, külə çevirməməlidir.

"Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanıolmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.

O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub apardığı həmin torpaq kimidir).

Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.