Cəmiyyət

UEG: Bakı batut gimnastikası üzrə Avropa Çempionatına tam hazırdır

17 Fevral 2018 21:06
Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa Çempionatına gözəl hazırlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman deyib.

Onun sözlərinə görə, yarışların keçiriləcəyi məkan - Milli Gimnastika Arenası bunun üçün çox gözəl hazırlanıb.

"Texniki komitənin görüşünün bir hissəsi zalın baxışına, hesablama texnikasının yoxlanılmasına və nəticələrin hazırlanmasına həsr olunmuşdur. Hər şey yüksək səviyyədə hazırlanıb. Yalnız Bakıya qayıdıb, gözəl yarışmanı keçirmək qalıb", deyə Zeman bildirib.

O, həmçinin qeyd edib ki, hal-hazırda texniki komitənin qarşısında iki əsas vəzifə durur: "Birincisi - yarışmanın səviyyəsi, burada təşkilatçıların təcrübəsi vacibdir. İkincisi - idmanın inkişafı, Olimpiya oyunlarında iştirak etdikləri üçün təkcə böyüklər arasında deyil, həmçinin gənclər üçün, çünki bu onlar üçün bu ilin ikinci yarısında keçiriləcək gənclər arasında Olimpiya oyunları üçün kvalifikasiyadır. Böyüklər üçün Avropa Çempionatı Belarusda gələn il keçiriləcək ikinci Avropa Oyunlarına kvalifikasiyadır. Bu deməkdir ki, Bakıda keçiriləcək turnir mötəbər olacaq, bura bir çox ölkələrin ən yaxşı idmançıları gələcək. Bu həmçinin tamaşaçılar üçün də böyük maraqdır".

Xatırladaq ki, Bakıda aprelin 12-15-də batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatını da təşkil edəcək. Milli Gimnastika Arenasında keçiriləcək 26-cı Avropa çempionatında böyüklərin proqramında 25, gənclərin yarışında isə 26 ölkənin iştirakı və hər üç növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.