Cəmiyyət

Dəfnə yarpağının faydaları bitməz

17 Fevral 2018 23:35
2 Şərh     Baxış: 8 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəfnə həmişəyaşl ağacdır, yazda və qışda yarpağını tökür. Qədim Elladada Olimpiya Oyunları zamanı qalib idmançılar dəfnə yarpağından hörülmüş çələnglə mükafatlandırılırdılar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xoş ətirli bitki olan dəfnənin may və oktyabr ayları arasında yığılan yarpaqları daha faydalıdır. Meyvələri yaşıl olur, sonradan tündləşib qaralır.

Yarpaqlarından mətbəxdə geniş istifadə edilir. Ətirli yarpaqlar şoraba, turşu, balıq və ətli xörəklərə xoş qoxu verir. Xörəkdə dəfnə yarpağından istifadə olunması mədə-bağırsağa xeyirlidir. Ondan natural dərman istehsalında, kosmetik sənayedə də istifadə olunur. Dəfnə meyvələrindən əldə edilən yağ antiseptik xüsusiyyətə malikdir. Dəfnə yağı mikroböldürücü, sidikqovucu, tərlədici, spazmgötürücü və ağrıkəsici təsir göstərir. Onun saç tökülməsinə qarşı istifadə edilməsi tükləri möhkəmlədir, kəpəklənməni azaldır, saçlara yumşaqlıq və parlaqlıq verir. Dəri xəstəlikləri zamanı da həmin yağdan istifadə olunması faydalıdır.

Dəfnə yarpaqlarından hazırlanan sabunlar antiseptik və nəmləndirici təsirə malik olduğundan saçda göbələk əmələ gəlməsinə mane olur, saç diblərindəki məsamələri açır və tüklərin bərpasına kömək edir. Onun yarpaqları şəkərli diabet xəstəliyinə də xeyirlidir, qurudulmuş dəfnə yarpağı ilə təzəsinin arasında fərq yoxdur, tərkibcə eyni olur. Yarpaq xlorofillə zəngindir, tərkibində efir yağları, üzvi turşular çoxdur. Ağızda stomatitlər zamanı dəfnə yarpağı çeynəmək çox səmərəlidir. Sızanaqlardan xilas olmaq üçün dəfnənin antiseptik təsirindən istifadə olunması faydalı nəticələr verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.